40-50 milyon insan aclıqla üzləşib - BLİNKEN

ABŞ-ın dövlət katibi Entoni Blinken Almaniya xarici işlər naziri Analena Berbok ilə görüşüb.
Görüş Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub.
Blinken deyib ki, Qərbin sanksiyaları deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi daha 40 və ya 50 milyon insanı aclığa düçar edəcək.
“Rusiyanın Ukraynanı blokadaya alması və Rusiyanın bir çox hallarda siyasi səbəblərə görə taxılı ixrac etməkdən imtina etməsindən başqa heç bir səbəb yoxdur”, - deyə Blinken qeyd edib.
Berbok isə bildirib ki, beynəlxalq tərəfdaşlar Rusiyanın qeyri-qanuni və sabitliyi pozan taxıl müharibəsinə, eləcə də müvafiq təbliğata qarşı birgə çalışırlar.
⚏OXŞAR XƏBƏRLƏR