Xəbərlər

Özbəkistanda prezidentlik müddəti uzadılır

iyn-25
11:00 2022

Özbəkistan prezidentinin səlahiyyət müddətinin uzadılacağı gözlənilir. Belə ki, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə uzadılması ilə bağlı bənd şənbə günü dərc olunan “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında” qanun layihəsinə daxil edilib.

 Özbəkistan prezidenti Şavkat Mirziyoyev bazar ertəsi konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib.

Bundan əvvəl dövlət başçısı əsas qanunun 2022-ci ilin dekabrınadək yenilənməsi təşəbbüsü ilə çıxış etmişdi. Mayın sonunda parlament dəyişikliklər layihəsini hazırlamaq üçün konstitusiya komissiyası yaratdı. Çərşənbə günü dəyişikliklərlə bağlı konstitusiya qanunu layihəsi qanunvericilik palatasına təqdim edilib, cümə günü birinci oxunuşda bəyənilib, ictimai müzakirə üçün dərc edilməsi qərara alınıb.
 

“90-cı maddənin ikinci hissəsində “beş” sözü “yeddi” sözü ilə əvəz edilsin”, - deyə layihəsinin parlamentin “Narodnoye slovo” qəzetində dərc olunmuş mətnində deyilir.


Mövcud konstitusiyanın 90-cı maddəsinə görə, Özbəkistan Respublikasının prezidenti ölkə vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə beş il müddətinə seçilir.
 

Ş.Mirziyoyev 1-ci dəfə 2016-cı ilin dekabrında, ilk dövlət başçısı İslam Kərimovun ölümündən üç ay sonra keçirilən növbədənkənar seçkilərdə Özbəkistanın prezidenti seçilib. 2021-ci ilin oktyabrında Mirziyoyev 80,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəlib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Avqust 2022 (251)
İyul 2022 (744)
İyun 2022 (920)
May 2022 (863)
Aprel 2022 (701)
Mart 2022 (686)

Рейтинг@Mail.ru