Xəbərlər

“Bayraktar” qalmaqalı: Türkiyə istəmir, Ukrayna isə “qorxmuruq” deyir…

avq-12
12:00 2022

Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, Türkiyə və Ukrayna “Bayraktar” zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və sənədlər ratifikasiya üçün parlamentə göndərilib. Səfirin sözlərinə görə, Ukraynada “Bayraktar” zavodunun inşa edilməsi üçün torpaq sahəsini alınıb, habelə zavodun smeta layihəsi də hazırlanıb.

 

Ukraynalı diplomatın açıqlamasına Kreml dərhal reaksiya verib. Belə ki, Rusiya Prezidentinin sözçüsü Dmirti Peskov cavabında qəti şəkildə vurğulayıb ki, Türkiyə belə bir addım atarsa, Rusiya həmin zavoda zərbə vuracaq.

 

“Ukraynada “Bayraktar” Türkiyə pilotsuz uçuş aparatlarının istehsalı zavodu tikilərsə, dərhal demilitarizasiya ediləcək. Bu, çox güman, yalnız ukraynalıların əzab çəkmələrini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədi olan şeydən yayına bilməyəcək”, - Peskov çıxışında qeyd edib.

 

“Bayraktar” qalmaqalına Ukraynanın münasibəti necədir?

 

Ukraynanın Kiyev vilayəti üzrə ərazi müdafiə briqadasının zabiti, keçmiş ictimai xadim, hazırda döyüşdə iştirak edən Dmitro Kulibaba  açıqlamasında bildirib ki, Rusiya köhnəlmiş silahları ilə Ukraynanı qorxuda bilməz:

 

 “Bu gün Ukraynaya tərəfdaşlar tərəfindən ötürülən yüksək dəqiqlikli zenit silahlar atılan raketlərin 100%-ni vurmağa imkan verir. Texnologiyalarımız müasir orduların standartlarına yaxınlaşır, Rusiya Federasiyası isə yüksək dəqiqlikli silahlardan istifadə etmir. Ötən əsrin ortalarından qalan silahdan istifadə edir. Ümumi bombardman zamanı da hətta bu gün biz öz yüksək dəqiqlikli silahlarımızı istehsal edirik”.

 

Ukrayna ordusunun zabiti qeyd edib ki, Rusiyanın “Bayraktar” zavodu ilə bağlı hədələri əbəsdir: 

 

“Əgər Türkiyə “Bayraktar” zavodu tikərsə, biz onun təhlükəsizliyini təmin edəcəyik. Əminəm ki, onların fəaliyyətini təmin edə biləcəyik. Rusiya isə bizi hədələməklə heç nə əldə etməyəcək”.

 

 

Dmitro Kulibabadan fərqli olaraq, Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş bundan öncə Modern.az-a açıqlamasında bəyan etmişdi ki, ölkəsi Ukryanada “Bayraktar” zavodu tikməyəcək:

 

“Hazırda Türkiyə hansısa ölkə ilə ortaq “Bayraktar” istehsal etmək niyyətində deyil. Bu gün Rusiya və Ukrayna arasında müharibə davam edir. Ona görə də iki münaqişəli ölkəyə Türkiyə tərəfindən yardım olunmur. Çünki Türkiyənin bu addımı ölkələr arasında münaqişənin daha da artmasına səbəb ola bilər. Amma daha əvvəl Ukraynaya verilmiş “Bayraktar”lar hələ də müharibədə istifadə edilir. Bu vəziyyətdə ya Rusiya, ya da Ukrayna istəsə Türkiyə heç nə verməz. Bu gün Türkiyənin həyata keçirmək istədiyi siyasət barışdır, Ankara iki ölkədən birinə silah verib, nifaq salmaq istəmir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru