Xəbərlər

ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi

sen-22
20:00 2022

ABŞ İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.

 

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, 22 yaşlı Məhsa Əmininin polis şöbəsində öldürülməsinə görə iranlı yüksək vəzifəli şəxslərə bir sıra qadağalar qoyulub.

 

Siyahıda İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri daxil olmaqla 7 nəfər var.

 

“Məhsa Əmini əxlaq polisinin nəzarətində olan cəsarətli qadın idi və onun ölümü İran rejiminin təhlükəsizlik qüvvələrinin öz xalqına qarşı növbəti zorakılığıdır. Biz bu vicdansız hərəkəti ən kəskin şəkildə pisləyirik və İran hökumətini qadınlara qarşı zorakılığına, ifadə və toplaşma azadlığına qarşı davam edən zorakılığa son qoymağa çağırırıq”, - deyə ABŞ maliyyə naziri Janet Yellen bildirib.

 

Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

Oktyabr 2022 (193)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)
İyun 2022 (920)
May 2022 (863)

Рейтинг@Mail.ru