Xəbərlər

Türkiyədə zəlzələyə görə məktəblər bağlandı

noy-23
10:09 2022

Türkiyədə zəlzələyə görə məktəblər bağlandı

Türkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələ səbəbindən bir sıra vilayətlərdə məktəblər bağlanıb. 

Düzce vilayətində, Zonguldakın Ereğli rayonunda, Boluda məktəblərdə təhsil birgünlük dayandırılıb.

Daha sonra Sakarya valisi Çətin Oktay Kaldırım da məktəblərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat verib.

"Düzcedə baş vermiş və şəhərimizdə hiss olunan zəlzələ ilə əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixində vilayət daxilindəki bütün təhsil müəssisələrində ehtiyat tədbirlərinə görə təhsil bir gün müddətinə dayandırılıb",-o deyib.

Xatırladaq ki, Türkiyənin Düzce vilayətinin Gölyaka ərazisində 5,9 bal gücündə qeydə alınmış zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub. 

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ARXİV

Dekabr 2022 (88)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)
İyul 2022 (743)

Рейтинг@Mail.ru