Xəbərlər

Səddam Hüseynin 25 milyonluq yaxtası haradadır? - FOTOLAR

yan-23
19:31 2023




Uzun illər İraqa rəhbərlik edən Səddam Hüseynin sifarişi ilə inşa edilən 82 metrlik “Bəsrə Esintisi” adlı yaxtadan son illərdə araşdırma mərkəzi kimi istifadə edilir.

Yaxtasını 25 milyon dollara tikdirən Səddamın 1981-ci ildən tərsanədən çıxarkən dəfələrlə əl dəyişdirməsi, hətta yaxtaya ayaq basmaması da maraqlı bir detaldır.

İraqın devrilmiş lideri Səddam Hüseynin istəyi ilə Danimarkada xüsusi dizayn edilən yaxta bu gün lövbər saldığı Bəsrədə dəniz elmi tədqiqat mərkəzi kimi istifadə olunur.

Səddam Hüseynin 82 metrlik “Basra Breeze” super yaxtasından  alimlər  dəyişən Fars körfəzini araşdırmaq üçün istifadə edirlər.

   

 

Yaxtanın hazırkı kapitanı Hüseyn Qazi Xəlifə onun qiymətinin indi  dörd dəfə baha olacağını bildirib.

   
Səddam Hüseyn İranla müharibə səbəbindən yaxtadan həzz ala bilmədi və yaxta illərdir Omanda lövbərdə qaldı. 1980-ci illərin ortalarında Səddam Hüseyn onu Səudiyyə Ərəbistanının o zamankı kralı Fəhd bin Əbdüləzizə hədiyyə etdi. Yaxta daha sonra Kayman adaları şirkətinin mülkiyyətinə keçməzdən əvvəl daha bir neçə dəfə əl dəyişdirdi. Səddam Hüseynin edamından sonra Kayman adaları şirkəti 2007-ci ildə yaxtanı satmağa çalışsa da, onun hələ də qanuni olaraq İraq gəmisi olduğunu təsdiqləyən sənədlər tapılıb. Çətin hüquqi mübarizədən sonra İraq hökuməti mülkün sahibi olduğunu sübut etdi.

 

Əvvəlcə “Kadidiye Yaxtası” adlanan “Bəsrə Breeze” 2010-cu ildə dövlət mülkiyyətində olan Bəsrəyə gəlib, lakin çox az istifadə olunub. 2014-cü ildə universitetin professorları hökuməti yaxtadan tədqiqat donanmasının bir hissəsi kimi istifadə etmələrinə icazə verməyə inandırdılar. Missiyalar İraq sahillərində yeni yaranmış mərcan rifləri ətrafında suyun keyfiyyətini və dəniz həyatını öyrənmək üçün həyata keçirilib.

   

Basra Breeze tikintisi zamanı mövcud olan bütün superyaxta qurğuları ilə təchiz edilmişdir; o cümlədən mərmərlə döşənmiş vanna otağı, çoxsaylı qonaq otaqları və möhtəşəm prezident dəsti. Superyaxtanın interyeri İraq alimləri üçün dəyişdirilib, lakin orijinal dekorasiyanın çox hissəsi hələ də qalmaqdadır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Yanvar 2023 (622)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)
Sentyabr 2022 (651)
Avqust 2022 (691)

Рейтинг@Mail.ru