Xəbərlər

Ərdoğan Türkiyədə və bölgə ölkələrində yaşayan kürdlərə müraciət edib

sen-30
20:45 2017
Ərdoğan Türkiyədə və bölgə ölkələrində yaşayan kürdlərə müraciət edib

Qərb dövlətləri bizə silah, pilotsuz uçan aparatları satmaq istəmədilər, amma biz özümüz inkişaf edərək, lazım olan silahları istehsal edirik. İnşallah, özümüz təyyarə də hazırlayacağıq”

“Report”un məlumatına görə, bunu Ərzurumda əhali qarşısında çıxış zamanı Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

“Bu gün bütün lazım olan silahları heç kimə güvənmədən, özümüz istehsal edirik. Bu mənada 2023-cü ilə qədər iqtisadi inkişaf baxışımız da önəm kəsb edir”, – deyə prezident bildirib.

O, gənclərə müraciət edərək, Türkiyəni daha güclü etmək üçün var qüvvələri ilə çalışmağa çağırıb: “Mən 2053-cü ili görməyəcəm. Amma siz daha güclü Türkiyəni görməyə şans qazanacaqsınız”.

R.T.Ərdoğan Türkiyədə və bölgədəki digər ölkələrdə yaşayan kürdlərə də müraciət edib. Kürdüstan dövlətin yaradılması məsələsinə toxunan prezident onlara dəstək verən qüvvələrə aldanmamağa çağırıb: “Onlar heç vaxt sizin xidmətçiləriniz olmayacaqlar. Sizi istismar edənlərə aldanmayın”.

Xeberfakt.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (302)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru