Xəbərlər

Millət vəkili Xanhüseyn Kazımlı “Açıq qapı günü”ndə iştirak edib

dek-31
11:20 2018
Millət vəkili Xanhüseyn Kazımlı “Açıq qapı günü”ndə iştirak edib


Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü” keçirilir.

Xocavənd rayonunda yerləşən N saylı hərbi hissədə təşkil olunan "Açıq qapı günü”ndə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Nazirin qatıldığı tədbirdə həmçinin millət vəkili Xanhüseyn Kazımlı, Xocavənd rayonunun İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Beyləqan rayonunun İcra Hakimiyyətinin başçısı Asif Ağayev də olublar.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər, əsgərlərlə nahar süfrəsi arxasında əyləşiblər. "Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilib və sualları cavablandırılıb.

Bayram günü münasibətilə şəxsi heyət üçün təşkil olunan mədəni-kütləvi tədbir saat 10:00-dan 13:00-a qədər davam edib. Tədbirdə xalq artisti Azərin də bəstələri ilə "Açıq qapı günü”nə xüsusi rəng qatıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (302)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru