Azərbaycanlılara qarşı soyqırımdan 101 il ötür

Xeberfakt.az-ın məlumatına görə, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədib . Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günükimi qeyd olunur.
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir. Karekin Pastermadcanın məlumatına görə, Mart soyqırımı zamanı Azərbaycanlılar da 2,5 min erməni öldürmüşdür.
⚏OXŞAR XƏBƏRLƏR