Xəbərlər

Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”

iyl-10
14:59 2019
Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...”

Akademik Musiqili Teatr, yəni keçmiş Musiqili Komediya Teatrının adı çəkiləndə bir neçə aktyorlar dərhal yada düşür. Dünyadan köçən sənətkarlara Allah rəhmət eləsin. Yaşayan və bu gün də sənətdə var gücü ilə çalışan aktyorlar arasında, Azərbaycanın əməkdar artisti Novruz Əliyevin (Qartal) adını qeyd etməmək günah olar.
Ömrünün yarım əsrdən çoxunu Akademik Musiqili Teatra bağlayan Novruz Qartal, bu teatrın səhnəsində neçə-neçə görkəmli sənətkarlarla tərəf müqabili olub. 2013-cü ildə Əməkdar artist Fəxri adına layiq görülən sənətkar ruhdan düşmür, sənətinə davam edib, yeni-yeni obrazlar yaradır.
Open.az-a özəl açıqlamasında yeni tamaşasından söz açan Novruz Qartal bildirib ki, klassik tamaşalar hər zaman teatra lazım olur: “Hazırda teatrımızda “5 manatlıq gəlin” operettası hazırlanır. Məşqlər davam edir. Tamaşada mən də varam. Retro tamaşadır. Qoy cavanlar gəlib görsünlər. Gənclər bizim keçmişimizi görməlidir. Operettada Səid Rüstəmovun elə gözəl musiqisi var, libretto isə M.S.Ordubadinindir. Klassik tamaşadır. Və sizə deyim ki, belə tamaşalar, əsərlər teatra çox lazımdır”.
52 ildir teatrda çalışmasına baxmayaraq, 6 il əvvəl Əməkdar artist Fəxri adını alan Novruz Qartal Xalq artisti Fəxri adından söz düşəndə isə yarızarafat, yarıciddi deyir ki: “Mənə xalq artisti adını o dünyada verəcəklər”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

May 2022 (431)
Aprel 2022 (701)
Mart 2022 (686)
Fevral 2022 (631)
Yanvar 2022 (663)
Dekabr 2021 (554)

Рейтинг@Mail.ru