Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

avq-19
14:15 2019
Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

Biləsuvar rayon İsmətli kəndinin bir qrup sakini dövlət başçısı İlham Əliyevə müraciət edib. DİA.AZ bildirir ki, onlar şikayətləniblər ki, kənddə pambıq və həyətyanı sahələr susuzluqdan məhv olur.

İsmətli kəndinin dörd min əhalisi olduğunu bildirən müraciət müəllifləri qeyd ediblər ki, su əsasən əkin sahələri olan məmurların ixtiyarına verilir. Onların vurğulamasına görə, Biləsuvarda yüzlərlə hektar əkin sahələri olan məmurlar var. Müraciət müəllifləri, üstəlik, suyun qonşu rayonlara satıldığını da iddia ediblər.
Şikayətçilərin vurğulamasına görə, sadə vətəndaşlar isə pambıq sahələrini suvara bilmir. Onlar qeyd ediblər ki, “Cənub Muğan” kanalından çəkilən yeni kanalın kənd ərazisinə çatmasından ötrü 25 metrlik iri diametrli dəmir boruya ehtiyac var. Müraciətdə o da vurğulanıb ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq Biləsuvarda aidiyyatı qurumlar problemlərini həll etmirlər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru