
Prezident İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, 27 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon manat ayrılıb.
Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb.
Yazıda səhv varsa bu barədə bizə məlumat ver.
Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər