Xəbərlər

Con Kerri: “Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür”

sen-30
09:24 2016
Con Kerri: “Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür”
"... çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər"

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

“Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər”, - deyə Kerri qeyd edib.

“Bununla belə, İsrail-Fələstin münaqişəsi bu tip münaqişələrə aid deyil”, - deyə ABŞ-ın dövlət katibi vurğulayıb. Onun sözlərinə görə, “bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür”. “Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”, - deyə Kerri əlavə edib.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (302)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru