MİDA-dan daha bir şübhəli tender... - Başqası yox idimi?..

sen-01
15:12 2020
MİDA-dan daha bir şübhəli tender... - Başqası yox idimi?..

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Bakelektro” MMC olub. “Bakelektro” MMC MİDA-nın sifarişi əsasənda Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə inşa olunan yaşayış kompleksində mənzillər üçün elektrik enerjisi sayğaclarının alınıb quraşdırılması və istismara verilməsi işlərini görəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” MMC MİDA-dan 403 min 356 manat 10 qəpik alacaq. “Bakelektro” MMC qeyd olunan yaşayış kompleksindəki mənzillərə ümumilikdə 996 ədəd smart kart tipli 1 fazalı sayğac quraşdıracıq. Rəqəmlərdən də göründüyü kimi “Bakelektro” 1 ədəd sayğacın alınıb quraşdırılması üçün 405 manat MİDA-dan 405 manat alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətin rəhbəri “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin prezidenti Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” MMC 04.03.1998-ci tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 61 min 608 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir.
Onu da bildirək ki, “Azərenerji” prezidentinin digər qardaşı Rahib Rzayev eyni zamanda 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC-nin qanuni təmsilçisidir. “Bakelektro” MMC ilə eyni hüquqi ünvanda - Nərimanov rayonu, Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşən "Göknur Bakı LTD" nizamnamə kapitalı 6 milyon 349 min manat təşkil edir. Bu ilin aprel ayında "Göknur Bakı LTD" MMC “Azərişıq” ASC-nin keçirtdiyi 17,3 milyon manatlıq tenderin qalibi olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru