Əmlakını satışa çıxaran Vüqar Səfərli ifadəsində Əli Həsənovu hədəf göstərib - KİVDF işində YENİ DETALLAR

sen-15
16:16 2020
Əmlakını satışa çıxaran Vüqar Səfərli ifadəsində Əli Həsənovu hədəf göstərib - KİVDF işində YENİ DETALLARKİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.

Yenicag.az xəbər verir ki, KİV-ə Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru