“Neft Daşları”nda bazar açan kimdir? - GİLEY

okt-14
09:35 2020
“Neft Daşları”nda bazar açan kimdir? - GİLEY
“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə (xüsusilə də dəniz obyektlərində) iaşə xidməti göstərən “Xəzər İaşə” MMC-nin fəaliyyətindən narazı qalan neftçilər tədbir görülməsini istəyiblər. DİA.AZ bildirir ki, “Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkət sovetlər dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb.

İşdən çıxarılma qorxusu ilə adlarının açıqlanmasını istəməyən neftçilər bildiriblər ki, illərdir şirkətin fəaliyyətindən şikayət etsələr də, Dövlət Neft Şirkətinin rəhbərliyi bu MMC ilə əməkdaşlığını davam etdirir.

Digər NQÇİ-lər kimi “Neft Daşları”nda da işçiləri “Xəzər İaşa” yeməklə təmin edir. İşçilər daima bu qurumun fəaliyyətindən narazılıq edərək yeməkxanadakı yeməklərin keyfiyyətinin aşağı, bu quruma daxil olan və Neft Daşlarında fəaliyyət göstərən mağazalardakı ərzaq mallarının sahildəki mağazalardakı qiymətdən qat-qat baha olduğunu da bildiriblər. Onların sözlərinə görə, evdən yemək, ərzaq gətirilməsi qadağan olunub, hazırda karantin vaxtı dənizdə daha çox qalmalı olduqlarından bu ərzaqları almağa məcburdurlar. “Məsələn, mövsümdə kartofun kiloqramı 1 manat 50 qəpikdən, soğan 1 manata, çəkisi 300 qramdan da az olan çörək 50 qəpiyədir. Adi litrlik su 1 manata satılır. Payız-qış aylarında qiymət daha da artırılır, amma biz ac qalmamaq üçün dəyərindən bir neçə dəfə baha satılan ərzaqları almağa məcburuq”, -şikayətçilərdən biri söyləyib.

İşçilər onu da bildiriblər ki, yataqxanalardakı mətbəxdən istifadə etməyə, işçilərin özləri üçün yemək bişirməyə icazələri yoxdur, məhz buna görə də “Xəzər İaşə”nin təklif etdiyi qidalardan başqa seçim qalmır.

Nefçi qeyd edib ki, zaman-zaman “Xəzər İaşə”nin satdığı yağın, isti yeməklərin içərisindən həşaratlar çıxıb. Çoxu həmin qidalardan iyrənir, amma ac qalmamaq üçün yeyir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Dekabr 2021 (181)
Noyabr 2021 (643)
Oktyabr 2021 (594)
Sentyabr 2021 (640)
Avqust 2021 (609)
İyul 2021 (642)

Рейтинг@Mail.ru