Xəbərlər

Vilayət Eyvazova MÜRACİƏT: "O əsgər yaralıdır, Cənab Nazir!"

dek-31
20:40 2020
Vilayət Eyvazova MÜRACİƏT: "O əsgər yaralıdır, Cənab Nazir!"


Azərbayсan Respublikasının Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova!

Cənab Nazir!

Şəkildə gördüyünüz bu əsgər Nəzərov Fərid Rövşən oğludur. Xocavənd istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ağır yaralanıb. 

 Mənə müraciət edən bu əsgərin harda anadan olması və döyüş yolu ilə maraqlandım. Apardığım araşdırma nəticəsində aydın oldu ki, əsgər Nəzərov Fərid Rövşən oğlu Masallı rayonu, Kubin kəndində anadan olub.  Hal-hazırda Xəzər rayonu, Binə qəsəbəsində yaşayır. N saylı hərbi hissədə xidmət edərək döyüşlərdə fəal iştirak edib. Noyabr ayının 8-də düşmənlə 150-200 metrlik məsafədə aldığı 5, 45 gülləsindən ağır yaralanıb. Nəticədə sağ böyründən dəyən güllə bir böyrəyini zədələyib və hospitalda onun böyrəyini əməliyyat edərək çıxarıblar. Digər güllə isə mədə-bağırsaq sistemin, hətta ağ ciyərini dağıdıb və həkimlər də onun ağ ciyərinin yarısını əməliyatla götürüblər.

Cənab Nazir! Sizə müraciət etməkdə məqsədim odur ki, bu əsgər yanvar ayının 2-də ağır əməliyyata girəcək. Hal-hazırda şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Apardığım araşdırma nəticəsində o da məlum oldu ki, bu şəxs hətta hərbi xidmətə yola salınanda belə şəxsiyyət vəsiqəsi almayıb. 


Ailənin yeganə çörək qazanan adamı olan bu əsgər xidmətə qədər yuyucu (moyşik) işləyib. Ailə maddi sıxıntılar içərisindədir, əsgərin hal-hazırda evdə olarkən dərman almağa belə imkanı məhduddur! Dövlət tərəfindən ona ayrılan sığorta pulunu almaq üçün isə şəxsiyyətini təsdiq edən sənəd yoxdur.  Bu sənədlərin toplanması üçün əsgərin valideyni və ya özü cəbhə bölgəsinə gedib hərbi biletini götürməlidir. Atası xəstədir, məcbur olub özü yaralı-yaralı hərbi hissəyə getmək məcburiyyətindədir. Sadəcə olaraq sərt karantin rejiminə görə problemlə üzləşməli olan bu əsgərin polis karantin postlarından haqlı olaraq manələrlə üzləşməsin deyə sizə müraciət etdim!

 Bu əsgəri şəxsən tanımıram, qohumum da deyil. Amma yaralı Azərbaycan əsgəridir. Məncə bundan böyük təqdimat ola bilməz. Odur ki, bu cür müraciətləri araşdırıb, onlara şəxsi vəsaitim hesabına kömək etməyi özümə borc bilirəm.  Mənə ünvanlanan onlarla müraciətdən biri kimi nəzərə alıb, əsgərin kimliyi və bütün qohum-əqrabası haqda, harda döyüşməsi, hərbi hissə və əsgər yoldaşları haqqında məlumat topladım. Hərbi hissənin hüquq idarəsi ilə də əlaqə yaratdım. 

Cənab Nazir! Bu müraciətimi sizə niyə ünvanladım?

Nəzərinizə çatdırım ki, mənə ünvanlanan müraciətləri də, mənə uzanan əlləri də heç zaman boş qaytarmamışam. Özümün həll edə bilmədiyim preoblemləri də çalışıram ki, kiminsə əliylə həll edim, o şəxsləri naümid qaytarmayım qapımdan. Çünki şəxsimə açılan əli geri qaytarmamağı da, heç kimə "Yox" deməməyi  də rəhmətlik atam öyrədib mənə!  

Cənab Nazir! Sizə ünvanladığım müraciətə hansı cavabı verəcəyinizdən asılı olmayaraq, bəri başdan qeyd edim ki, Azərbaycanda yeganə nazirsiniz sizə ünvanlanan müraciətlərə dərhal reaksiya verirsiniz, Azərbaycanda yeganə mətbuat xidməti DİN-nin mətbuat xidmətidir ki, istənilən jurnalistin telefonlarına cavab verilir, suallar cavablandırılır, cavabın mahiyyətinin nə olmasından asılı olmayaraq...

Mən inanıram ki, üstündə şəxsiyyətini təsdiq edən sənəd olmayan bu əsgərin Bakıdan cəbhə bölgəsinə qanuni yolla gedib-gəlməsini, şəxsiyyət vəsiqəsi ilə təcili təmin olunması üçün siz bu problemi həll edəcəksiniz. Əgər lazım olarsa, bu əsgərin yola salılnmasını şəxsi vəsaitiniz hesabına həll etməyinizə də inanıram. Halbuki buna ehtiyac yoxdur və əsgərin yol xərclərini özüm də həll edə bilərəm! 

Cənab Nazir! Torpaqlarımızın düşməndən azada olunmasında rəhbərlik etdiyiniz DİN-nin DQ birləşməsinin XTQ-nin tərkibində qatıldığı hərbi əməliyyatlara uğur atması həm də şəxsən Sizin imzanızdır! 

Bir daha sübut etdiniz ki, DQ xüsusi təyinatlıları təkcə mitinqlərdə asayişi qorumur, həm də müharibə meydanında tarix yazır. Düzdür, DQ xüsusi təyinatlılarının qəhrəmanlığı haqda KİV-də gedən məlumatlar kasad olsa da, müharibə başlayan gündən bu işin içində olan jurnalist kimi məlumatlıyam və DQ əsgər və zabitlərinin müharibədə əməyi danılmazdır. 

Sizə sizə ünvanladığım məktubumu yekunlaşdırıb xahiş edirəm:

Cənab Nazir, o əsgərə kömək edin, çünki o əsgər yaralıdır, sözün bütün mənalarında!

Hörmətlə, Aqil Alışov

Miq.Az saytının baş redaktoru

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ARXİV

Mart 2023 (481)
Fevral 2023 (544)
Yanvar 2023 (644)
Dekabr 2022 (381)
Noyabr 2022 (656)
Oktyabr 2022 (760)

Рейтинг@Mail.ru