Mənliyi sükuta uğramış kimsəsiz – Müşfiq Ələsgərli tələb edir: Əli Həsənovu tutun!

yan-12
13:33 2021
Mənliyi sükuta uğramış kimsəsiz – Müşfiq Ələsgərli tələb edir: Əli Həsənovu tutun!

Mən keçdiyim həyat yolunda çox insanlar gördüm və barələrində eşitdim. Əqidəsini satanlar, nəfsinə sahib çıxmayıb cinayət edənlər, xəyanət edənlər, pula, şəxsi maraqlara görə dostunu, doğmasını yarı yolda qoyanlar, yaltaqlığı ilə ad qazananlar və bu kimi xəstə düşüncəyə malik insanlar dünyamızda azlıq təşkil etmir. Lakin bu yazıda haqqında bəhs edəcəyim şəxsin xarakter və əməlləri məni çox düşündürür, onu yuxarıda sadalananların cəm siyahısına daxil etmək mümkün olduğu halda yenə suallar ortaya çıxır – Müşfiq Ələsgərli kimdir?
Jurnalistlərin Həmkarlar İttifaqı adlı qurumun sədri, Mətbuat Şürasının sədrinin müavini və idarə heyətinin üzvü haqqında geniş tanıtıma keçməzdən öncə bu yaxında facebook – da paylaşdığım fikirlərimə rəy yazan Müşfiq Ələsgərlinin statusundan bir neçə cümləsinə diqqət edək: “Əli Həsənovun adını tez-tez hallandırırsınız. Bizi əvvəl ona qulluq etməkdə, sonra da onu satmaqda ittiham edirsiniz. Bunların da cavabı KİV vasitəsilə verilib. Biz, Əli Həsənovu Prezidentin köməkçisi kimi tanımışıq, münasibətimiz bu müstəvidə qurulub. Prezident onu işdən azad edib, bununla da münasibətlər bitib. Biz onun nə qulluqçusu, nə də xəyanətkarı olmamışıq. Başqa bir məsələdir ki, əgər dövlət adına verilən tapşırıqlara şəxsi maraqlar qatılıbsa, bunu araşdırmaq bizim səlahiyyətimizdə deyil, dövlətin səlahiyyəti və imkanları var. Araşdırsınlar, Əli Həsənovda məsuliyyətini bilsin”.

Bilirəm bu fikirləri oxuyan və Prezidentin keçmiş köməkçisi ilə bağlı son illər cərəyan edən prosesləri izləyənlərin sualları coxdur və Müşfiqin nə söylədiyini anlamaqda çətinlik çəkir. Normaldır, vaxtilə Əli Həsənov sayəsində ev-eşik, xarici avtomobillər, milyonlar sahibi olan, evinə gedərkən pullu “kişi” obrazında qapını döyən şəxsin indi, keçmiş köməkçinin hamı tərəfindən haqlı olaraq ittiham olunduğu dönəmdə, onun əməllərinin araşdırılmasının və məsuliyyətə cəlb olunmasının vacibliyini gündəmə gətirməsi bir çoxlarını artıq düşündürməlidir. Müşfiq Ələsgərlinin rəyinə layiqli cavab verilib və həmin cavabın bir neçə məqamını diqqətinizə çatdırıram: “Sizin Əli Həsənova Prezidentin köməkçisi kimi xidmət etdiyinizi söyləməniz sadəcə gülüncdür. Əgər Prezidentə sadiq idinizsə, niyə Əli Həsənovun fəaliyyətindəki nöqsanlara etiraz etmədiniz? Bütün media bu barədə yazarkən səlahiyyət sahibi olaraq araşdırma aparmaq yerinə Əli Həsənova yaltaqlanaraq hamının həbs olunması tələbi ilə çıxış edirdiniz. Əgər Prezidentə xidmət edirdinizsə niyə dövlətdən ayrılan pulların düzgün xərclənmədiyi barədə ölkə başçısına müraciət etmədiniz? Siz yenə yalan danışırsınız. Siz, Prezidentə xidmət etmiş olsaydınız o zaman dövlətin vəsaitini düzgün xərcləməyən, Prezidentin tapşırıqlarını düzgün icra etməyən Əli Həsənova etiraz edərdiniz. Amma bu sizi qane etmirdi. Siz Prezidenti, Əli Həsənov işdən çıxandan sonra yada salmağa başlamısız. Əks təqdirdə bu illər ərzində Müşfiq Ələsgərli imzasında bir yazıya- həqiqətləri qismən belə özündə əks etdirən məqaləyə rastlaşardıq. Deyirsiniz mənim kimi düşünənlər az deyil. Haqlısız. Bu gün ölkənin rəsmi qurumları, ictimaiyyətlə, sizin cinayət əməlləriniz barədə fikirlərimiz üst-üstə düşür… Sizin kimi dostu olanın taleyi isə bəllidir və indidən deyə bilərəm ki, Əli Həsənova ən ağır zərbəni vuran canlı siz olacaqsınız. Bayaq qeyd etdiyiniz kimi, o vəzifədən çıxıb və sizin onunla münasibətləriniz artıq bitib. Bir məsləhəti də yazsam yerinə düşər – Müşfiq bəy bundan sonra heç olmasa insanlarla vəzifəyə görə münasibət qurmayın – dostum, qardaşım, ağam deməyin. Həm yaşınız o yaş deyil, həm də ayıbdır. Bu utancverici, abıra, həyaya uymayan xasiyyətinizi tərgidin… Siz, Əli Həsənovla saxta sənədləşmələr aparmağınız üçün yaratdığınız adı olub, özü olmayan QHT – lərə maliyyə yardımı ayrılması ilə bağlı işlərə təhkim olunmuşdunuz. İndi vəzifədən getdiyinə görə münasibətinizi kəsdiyiniz Əli Həsənovun taleyi necə olacaqsa, sizdə onu yaşamaq məcburiyyətindəsiniz. Bir xatırlatma edim ki, mən o vaxt o bədbəxt varlığa – Əli Həsənova demişdim ki, Müşfiq Ələsgərli səni birinci satacaq, inanmadı. Əslində burda sizin də məharətinizi qeyd etməliyəm. Əli Həsənov kimi tülkü xislətli adamı aldadıb, onun cibinə və qəlbinə yol tapa bilmisizsə sizə zaval yoxdur, gedəcəyiniz həbsxanada da dolanacaqsınız.”

Müşfiq Ələsgərli – Nə yazasan, necə yazasan ki, dəyərsiz, əqidəsiz, namərd, xəyanatkar, yaltaq birinin həm özünə, həmdə əməllərinə hamının öxuya biləcəyi və müəllifi qınamayacaqları dildə qiymət verəsən. Normal tənqidi yanaşma ilə yanaşılacaq biri olmayan varlığın nə qədər təhlükəli olduğunü anlamaq çətin deyil. Ziyalılarımızdan birinin, dövrün ən dəhşətli varlıqlarından birinə çevrilən, cırıq ayaqqabı ilə mediaya gəldiyi günləri unudan Müşfiq Ələsgərli haqqında söylədiklərini ürək ağrısı ilə dinləmişəm – Müşfiq Ələsgərli əlinə qələm alanda əyni- başı köhnə idi, ayağında cırılmış və əllə tikilmiş ayaqqabısı vardı. Ona yardımlar etdim, dayaq durdum. Özünün kasıb olması barədə elə danışardı ki, gözləri dolardı. Adam dözə bilmirdi. Çox yardımım toxunub Müşfiqə. Hər gün məni axtarar – “dayımın kefi necədir, dayı sənə qurban olaram nə edim sənin üçün” – deyə sualları ilə “kimsəsiz” dostuma çevrilmişdi. Lakin, sonralar başıma bir hadisə gəldi və məndən böhtan danışan, ilk yazı yazan Müşfiq Ələsgərli oldu. İndi onun haqqında danışanda əzab çəkirəm. O, ən yaxınlarına belə ağıla gəlməyən xəyanəti edə biləcək genetikaya malikdir”.
Digər dostumuz isə Müşfiqi belə xarakterizə edir: Müşfiq cəmiyyətə yararsız biri olmaqla yanaşı, hər kəsə dost və bir neçə dəqiqə sonra düşmən deyə bilən biridir. Ümumiyyətlə, onu mediadan kənarlaşdırmaq və cəmiyyəti məlumatlandıran mətbuatdan uzaq tutmaq lazımdır. Onun kimilər insanı elə duruma salar ki, adam həyata gəlməyinə və yaxşılıq etdiyinə görə peşmançılıq hissindən, vicdan əzabından məhv olar”.
Tanınmış yazıçı Aqil Abbasın rəhbəri olduğu “Ədalət” qəzetinin 2019 – cu ilin avqust, sentyabr aylarında işıq üzü görmüş nömrələrində manşetə çıxarılmış və tanınmış yazıçılardan birinə məxsus yazı dəqqətimi çəkmişdi. O yazırdı: Həyatda fahişəliklə məşğul olan və bu yolu tutan çox insanlar var. Onların bəziləri pula görə bədənini satanlar, bəziləri yalan danışanlardır. Bunların içində ən təhlükəlisi mənliyini, vicdanını satan fahişələrdir.

Mətbuat Şurası adlı qurumun sədr müavini olan Müşfiq Ələsgərlinin keçmiş köməkçi Əli Həsənovu dəstəkləyən və onu dövlətin dayağı adlandıran yazılarına az rast gəlməmişik. Elə hallar olub ki, MŞ-dakı iclaslarda Əli Həsənov haqqında yarım saat çıxışlar edən Müşfiq Ələsgərli, ölkə rəhbərliyinin belə Əli Həsənova borclu olduğunu önə çəkib. Bu borcu hansı mənada səsləndirdiyini Müşfiqin özünə buraxaraq qeyd edim ki, ötən illərin MŞ – ya yaxın mediasında tez-tez “Kaspi” Tədris Mərkəzinin adına rast gəlirdik. Həmin mərkəz Pezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona xanıma aid idi. 2018 – ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində bir cinayət işi ilə əladəli gedən prosesin izləyicisi olmuşam. Həmin prosesdə zərəçəkmiş kimi tanınan “Kaspi” Tədris Mərkəzi və Sona Vəliyeva rəhbəri olduğu təşkilatdan 4 milyona yaxın vəsaitin mənimsənildiyini və “yox”a çıxdığını iddia edirdi. İttiham olunan tərəf Tural adlı şəxs, cavan və savadlı bir gənc idi. Məhkəmə prosesində bir sıra məsələrə aydınlıq gəldi və ölkə mediasının gündəminə çevrildi. Turalla Bakı İstintaq Təcridxanasında görüşdüm. Xatırladım ki, Tural adıçəkilən tədris mərkəzinin maliyyə – hesabat işlərinə nəzarət edirmiş. Söhbətimiz zamanı aydın oldu ki, “Kaspi” Tədris Mərkəzinin rəhbərliyi Mətbuat Şurasının rəhbərliyində təmsil olunan Müşfiq Ələsgərliyə qanunsuz köçürmələr edirmiş. Məqsəd, Əli Həsənovun tapşırığı ilə Heydər Əliyev Fondu haqqında ölkə mediasında və sosial şəbəkələrdə mənfi fikirləri formalaşdırmaq, güya fondun belə mərkəzlərdən ödəniş tələb etdiyini gündəmə gətirmək olub. Sonralar bu məsələ məhkəmədə ciddi müzakirə mövzusuna çevrildi. O zaman mən Turalı tanınmış vəkil Elçin Sadıqovla tanış etdim. Sonralar öyrəndim ki, Elçin bəyin səyi nəticəsində Tural azadlığına qovuşmuş, məhkəmədə “Kaspi” Tədris Mərkəzinin qanunsuz əməlləri və maliyyə fırıldaqları ortaya çıxmışdır. qeyd edimki, hazırda belə proseslərdən biri də davam edir və cavabdeh tərəf oxşar haqsızlıqla üzləşib. “Elit Akademy” şirkətinin həbsdə olan rəhbəri Rüstəm Kərimzadə bir müddət əvvəl mediaya ünvanladığı məktubda həbsinin sifarişli olduğunu bəyan edib. Şirkət rəhbəri qeyd edib ki, həbsnin sifarişçisi hökümətin işlərinə nəzarət edən “Kaspi Təhsil Şirkəti”dir.

Həmin məhkəmə proseslərində diqqəti çəkən önəmli məsələlərdən biri də Müşfiq Ələsgərlinin Heydər Əliyev Fondunu ittiham etməsi və fəaliyyətinə kölgə salması üçün Əli Həsənovun göstərişi ilə aldığı kirli pullardır. İndi Əli Həsənov vəzifədən getdiyi üçün onu düşmən adlandıran Müşfiqin bir zamanlar evinə çörək alıb aprdığı pilların kimə məxsus olduğu sirr deyil. Belə pullarla dolanan, ev-eşik, var – dövlət sahibi olan şəxsin yenə televiziya ekranlarında cəmiyyəti Prezidentə və Dövlətə xidmət etmək barədə “mühazirələr” oxuması, nağıllar danışması ilə çaşdırmağa cəhd etməsi həyasızlığın son həddidir.
Mətbuat Şurasının rəhbərliyində təmsil olunduğu gündən Əli Həsnovun qanunsuz əməllərindən yazanları həbs etdirəcəyini deyən, şuranın iclaslarında jurnalistləri hüquq-mühafizə orqanlarının adı ilə hədələyən Müşfiq Ələsgərlidən, Jurnalistlərin Həmkarlar İttifaqında saxta sənədləşmələr yolu ilə dövlətdən qopartdığı yüz minlərlə qrantın hara xərcləndiyini soruşan yoxdur. Müşfiq dövlətə hesabat verdiyini açıqlayaraq özünü təmizə çıxarmış sayır. Lakin unudur ki, Əli Həsənovun tapşırığı ilə ayrılan pulların hesabatı dövlətə deyil, adıçəkilən keçmiş köməkçiyə verilib və bu heçdə qanuni tədbirlərin görülməsinin qarşısını ala bilməz. Mən, Müşfiq Ələsgərlinin keçmişdə həyata keçirdiyi qanun pozuntuları və mənimsədiyi milyonlar, Əli Həsənovla şərikli “yox”a çıxartdığı vəsaitlərin hara getdiyi, keçmiş köməkçinin maraqlarına xidmət edərək hansı gizli fəaliyyətlə məşğul olması barədə növbəti yazılarımda və ölkə rəhbərliyinə müraciətlərimdə geniş bəhs edəcəyəm. Ümid edirəm ki, Respublika Baş Prokurorluğu belələri haqqında ciddi ölçü götürəcək və dövlətin mənimsənilən milyonlarını xarici ölkələrdə bank hesabına köçürənlərə qanunun sərt üzü göstəriləcək.

Əli Həsənov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Müşfiq Ələsgərli zəbt etdiyi Beynəlxalq Mətbuat Mərkəzindən qovuldu. Aldığım məlumata görə hazırda Azərbaycan Nəşriyyatında məskən salan Müşfiq, özünü Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyevin medida nəzarətçisi kimi hamıya tanıtmağa çalışır. Hətta görüşlərdə Prezident Administrasiyası və Vüqar Əliyevin adından tapşırıqlar verən Müşfiqin Əli Həsənovun əsas adamına sığınması başadüşüləndir. Vüqar Əliyev işdən qovulan köməkçi ilə nüfuzunu itirdiyi kimi, Müşfiqində sığınacaq başqa qucağı yoxdur.
Hazırda Müşfiqə etibar etmək üçn ən azından axmaq olmalısan və beləsini fermanda qaravulçu işlətmək təhlükəli olduğu halda, ona sahib çıxmaq insanın özünə və ətrafına hörmətsizliyi kimi qəbul olunmalıdır. Vüqar Əliyevin onu qucağına alıb qorumağa cəhd etməsinə geniş yer ayırmadan bir məsləni yenə xatırlatmaq məcburiyyətindəyəm. Əli Həsənovu vəzifədə olarkən tanıyan, onunla münasibət quran, sayəsində varlanan və evinə şörək aparan Müşfiq Ələsgərlinin indi – əgər dövlət adına verilən tapşırıqlara şəxsi maraqlar qatılıbsa, bunu araşdırmaq bizim səlahiyyətimizdə deyil, dövlətin səlahiyyəti və imkanları var. Araşdırsınlar, Əli Həsənovda məsuliyyətini bilsin – deməsi Vüqar Əliyevə və “cırıq əyinli kimsəsizə” sahib çıxanları düşündürməlidir. Bir vaxtlar Əli Həsənova (vəzifədə olarkən) 26 oktyabr 2018 –ci il tarixdə yazdığım yazıda dediyim sözləri – (Əli Həsənov iki gündür saytıma və şəxsimə açdığınız savaşın məqsədi bəllidir. Bildiyim qədər xeyrinizə medaida və Mətbuat Şurasında bir sıra dəyişikliklər həyata keçirmək arzusundasınız. Zədələnmiş nüfuzunuzu yenidən bərpa etmək üçün himayə etdiyiniz şəbəkəyə sarsıdıcı zərbələr vuranları sıradan çıxarmaq istəyiniz məni qorxutmur. Məni ilk hədəf seçməyiniz də qəbul ediləndir və məqsədinizi bildiyim üçün geri çəkilmək niyyətim yoxdur. Lakin, Sizə bir tövsiyyədə bulunmağı özümə borc bilirəm – Müşfiq Ələsgərli kimilərlə savaşa girənlər acı məğlubiyyətə məhkumdur. Tarix də təsdiq edir ki, qorxaq və yaltaqlar xəyanətə meyilli olur və onlar savaş başlamadan qaçanların və ya qarşı tərəfə keçənlərin önündə gedənlərdir. Ümid edək ki, sonrakı dönəmdə qarşımıza mərd düşmən çixararsız və mediamızın xəstə yatağından qurtulması üçün müşfiqlərlə deyil, cəsarətli insanlarla yola davam edəcəksiz. Mətbuatı bu günə salanlara rəhbərliyiniz dövründə, bizə qarşı açdığınız savaşın sonu nə zaman olacaq deyə bilmirəm. Amma qalibin kimliyi bəllidir və bir həqiqət dəyişməz olaraq qalır – Ədalət həmişə zəfər çalır! (yazını tam burda oxuya bilərsiz: https://www.aztoday.az/news/30803.html) – bu gün Vüqar Əliyevə və onun kimi Müşfiqə inananlara xatırladıram.

Hər bir halda Müşfiq Ələsgərli adında bir ölkə vətəndaşı adını daşıyan və təəssüflər olsun ki, dövlət sənədinə malik şəxs var.Azərbaycan çox layiqli vətəndaşı olan müşfiqlər görüb, yaxşıları qəlblərdə yaşadığı kimi, belələri də tarixin zibilliyində gələcək nəslə misal olaraq xatırlanmaqdadır. Müşfiq Ələsgərli – Mətbuat Şurasının sədr müavini, Əli Həsənovun cinayət ortağı olan bu şəxs çoxdan kim olduğunu təsdiqləyib. Fərqinə varmadan, sözün ağırlığı və ciddiliyini nəzərə alaraq söyləməkdən çəkinməyərək belələrinə bir ad qoymaq olar – Mənliksiz!
Əminəm ki, çoxunuz Müşfiq Ələsgərlinin cəmiyyət və ətrafındakılar üçün nə qədər təhlükəli olduğuna inanırsınız.
İkram Rəhimov
Realliq.tv, (Realliq.info) informasiya saytının Baş redaktoru
P.S – Sinoplu Diogen – Yaltaq əhliləşdirilmiş heyvanların ən təhlükəlisidir.
Əlisa Nicat – Yaltaqlıq saxta pul kimidir. Bugünkü vəziyyətimizə görə dövrədədir.
Alfred Taylor – Başqalarının əməyi ilə qazandıqlarını özünə mal etməklə, xəyanət arasında çox böyük fərq yoxdur.
Türk Atalar sözü – Düşməndən daha zalımdır xəyanət.
Dədə Qorduq – Alçaq içəridən olanda qapı kilid tutmaz.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Yanvar 2021 (413)
Dekabr 2020 (602)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)
Sentyabr 2020 (636)
Avqust 2020 (613)

Рейтинг@Mail.ru