İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"

yan-13
15:26 2021
İnam Kərimov HARA BAXIR? - "Fermerləri məqsədyönlü incidirlər"

Sabirabad rayon sakini Akif Bədirov bildirir ki, 2019 – cu ildə ailəsinə düşən pay torpaqda (3 ha) pambıq əkib. Suvarma zamanı böyük çətinliklərlə üzləşsə də, 3 ha-dan 9 tona yaxın məhsul toplayıb, təhvil verib.

DİA.AZ xəbər verir ki, o, təkrar müqavilə bağlamaq üçün qeydiyyatda olduğu Sabirabad rayon, Axtaçı kəndində MTK şirkətinə müraciət edib, ancaq imtina cavabı alıb:

“7,5 ha pambığa müqavilə bağlamaq üçün zavodun direktoru Ramin Əsədova müarciət etdim, ancaq rədd cavabı verdi. Onun sözlərindən belə çıxdı iki, “Biz hər adamla müqavilə bağlamırıq”. Eşitdiyimə görə isə MTK Sabirabad filialı ilə müqavilə bağlamaq üçün ya gərək “kimsə” tapşıra, ya da müəyyən “görüm-baxım” edəsən.”

Akif Bədirov deyir ki, prezidentin xüsusi önəm verdiyi, strateji məhsul hesab etdiyi pambığı yetişdirməkdən ötrü fermerləri məqsədyönlü incidirlər.

“Ötən il pambığı tam yığa bilməyən, hələ də MTK-ya borclu qalan fermerlərlə müqavilə imzalanır, ancaq mənimlə yox. Halbunki, mən artıqlaması ilə məhsul təhvil vermişəm. Xahiş edirəm aidiyyatı qurumlar bu arzuolunmaz vəziyyətlə bağlı ciddi tədbir görsünlər”, deyə şikayətçi bildirib.(DİA.AZ)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Yanvar 2021 (371)
Dekabr 2020 (602)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)
Sentyabr 2020 (636)
Avqust 2020 (613)

Рейтинг@Mail.ru