Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu - Keçmiş nazir özü danışdı

fev-16
16:43 2021
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu - Keçmiş nazir özü danışdı

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev həbs edilməsə də istintaq altındadır.

Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.

Məlumata görə, Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb.

Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib.

Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib.

O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.//Gununsesi.info//

***

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyulması ilə bağlı məlumat yayılıb.

Dia.az xəbər verir ki, xəbəri dəqiqləşdirmək üçün modern.az sabiq nazirlə əlaqə saxlayıb.

O isə “məni narahat etməyin” deyib:

“Mən evimdəyəm, heç yerə getmək fikrim yoxdur, mətbuatla da əlaqə saxlamaq istəmirəm. Jurnalistlər məni narahat etməsinlər”.

Yayılan məlumata görə, rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən sabiq mədəniyyət naziri həbs edilməsə də, istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb. Gununsesi.infonun məlumatına görə Əbülfəs Qarayev bu günlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş “stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu bildirib

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (125)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru