Rəhbəri xəstə olan nazirlik qanunu pozdu: - 3 aylıq şirkətə 2.2 milyon manat verdi

fev-19
19:30 2021


Rəhbəri xəstə olan nazirlik qanunu pozdu: - 3 aylıq şirkətə 2.2 milyon manat verdi

Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bir gündə eyni şirkəti elan etdiyi 3 tenderin qalibi olduğunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, tenderlərin ümumi məbləği 2 milyon 207 min 100 manatdır. Qalib elan olunan şirkət "Tremix-Co" MMC-dir.

Bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan olunan tenderlə bağlı şirkətə 2 milyon 157 min 600 manat ödəniləcək. Müqavilə öhdəliyi 19 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcək.

Eyni adlı - Bədən tərbiyəsi və idmanın təşkili – başlıqlı digər tenderə görə "Tremix-Co" MMC-yə nazirlik 21 min 576, “Gənclər siyasətinə aid mallar və hədiyyələr” adlı tenderə görə isə 27 min 924 AZN pul ödəyəcək.

Bildirək ki, "Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Günel Oqtay qızı Qəmbərovadır.

Bu şübhəli tenderə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli şərhinə “korrupsiyanın buynuzu olmur ki?” ifadəsi ilə başlayıb:

“Tender və dövlət satınalmaları haqqında qanunda açıq yazılıb ki, tenderlərdə iştirak üçün şirkətlərin iş təcrübəsi olmalıdır. "Tremix-Co" 3 ay (!!!) öncə yaranıb, şirkətin saytı da yoxdur. Sayt bir qırağa bu qurumu heç google də tanımır - yaxşı, nə baş verdi ki, təcrübəsiz, fəaliyyəti olmayan şirkətə 2 mln 207 min manatlıq layihə peşkəş edildi?! Bu nə layihədir? "Bədən tərbiyəsi və idmanın təşkili" - bu nə deməkdir?! 2,2 mln manata uşaqlara idman etdirəcəklər, "1, 2, 3, 4 - kim sevirsə idmanı", deyəcəklər?!”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (122)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru