Direktor kollec kollektivini bezdirib... - GİLEY

fev-22
09:25 2021
Direktor kollec kollektivini bezdirib... - GİLEY

Cənab prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı mübarizə hər kəsə məlumdur.Prezident dəfələrlə öz çıxışılarında məmurlara düzgün işləməyi, tutduqları vəzifələrdən sui-istifadə etməməyi və tabeliyində olan işçiləri incitməməyi tapşırıb.Təəsüf ki bəziləri hələdə öz əməllərindən əl çəkə bilmir və onlara tapşırılan etimadı dogrulda bilmir.
Teref.az xəbər verir ki, bunu saytımızın poçtuna göndərdiyi məqaləsində müəllif Kənan İbadlı yazır.

Daha sonra məqalənin müəllifi teref.az-a yazır, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasov sözün həqiqi mənasında burda işləyən kollektivi bezdirib.Onun gəlişindən sonra təhsilin aşagı düşməsi,rüşvətin tuğyanı etməsi bəs deyilmiş kimi,az qala hər ay işcilərdən pul yığdırır.Bir dəfə təmir adı ilə pul yığılır, digər dəfə barama pulu yığılır,bir başqa ay jurnal pulu yığılır.Pandemiya dövrü və İkinci Qarabağ müharibəsində də direktor boş durmadı.

Bu ayda təhsil nazirinin adından pul yığımına start verdi.Bildirib ki yeni nazir kollecə kitab yollayıb və hər bir işciyə satılmasını məcburi qaydada həyata kecirtməyi tapşırıb.Bir az da uzağa gedərək bildirib ki kim bunu almasa nazir deyib ki o müəllimlərə dərs yükü verilməsin.Bu pul aparat işcilərindən 20 manat, sıravi müəllim və texniki işcilərdən 10 manat olmaqla yığıldı.Hətta bu məsələ gənc xanım müəllimənin ailəsində münaqişəyə səbəb olub.Belə ki yersiz vaxtda evinə yığılan zəng ailədə söz söhbətə səbəb olub.Bəzi işcilər artıq bu yersiz tələblərdən bezdiyindən telfonlarını belə söndürürlər.Hətta on illərdi işlədiyi dogma ocagına gəlmək istəmirlər.Uzun müddətir burda işləyən stajlı müəllimlər deyir ki bizdən bu qədər yerli-yersiz pul tələb edən olmayıb.Bilirlər ki gələn kimi mütləq nəyəsə pul istəyəcəklər.Bəli sən saydığını say gör hörmətli direktor nə sayır. Kitab pulu yığılar yığılmaz yeni tələb peyda oldu.Bu dəfədə adı heç kimə məlum olmayan Qarabağ qazisinin təhsil haqqı yığılır dedilər.Bəli yenə 10-20 manat arası yığıma start verildi.Dövlətin bu kateqoriya insanlara güzəşt etdiyini və onların bütün ödənişlərdən azad olduğunu bilə-bilə qıpqırmızı pul yığdırmağı yalnız belə direktor edə bilər.

Böyük potensialı və kifayət qədər nüfuzu olan bir təşkilatı Ostap Bender kimi bəhanələri qurtarmayan bir şəxsin əlindən qurtarmaq üçün bu direktorla vidalaşmağın vaxtıdır.Yaşının 67 ci ilini yaşayan bu şəxsin özünə və bir az da bu kollektivə hörməti varsa üzüsulu cıxıb gedər.İnanırıq ki adından istifadə edilən cənab nazir bu direktoru işdən azad edəcək və kollektivə onu idarə etməyə layiq olan və təhsilin keyfiyyətini yüksəldəcək bir şəxsi bura təyin edəcək.
Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (154)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru