600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO

fev-22
12:06 2021
600 minə Türkanı satın alıb:Qərib Nadirov maşınını niyə yandırdığından danışır-VİDEO

Türkanda qəsəbə sakini Qərib Nadirov məmur özbaşınalığına, şikayətinə əhəmiyyət verilməməsinə etiraz əlaməti olaraq özünə məxsus maşını odlayıb. Türkan qəsəbəsindəki Mədəniyyət Mərkəzinin qarşına gedən Qərib Nadirov maşınının üstünə benzin tökərək yandırıb.

Verilən məlumata görə, Qərib Nadirov illər öncə qəsəbə ərazisində 25 sot torpaq alıb. Həmin torpaq sahəsini hasarlamaq istəyib. Türkan qəsəbə icra nümayəndəliyinin Zamin adlı işçisi əraziyə gələrək ondan əvvəlcə 5 min manat pul istəyib. Əks halda, tikintiyə imkan verməyəcəklərini deyib. Qərib Nadirov tələb olunan pulu verib. Bundan sonra ondan əlavə olaraq 3 min manat istənilib. Həmin məbləği də ödəyib. Bir müddət sonra Zamin yenidən əraziyə gəlib və 2 min manat da tələb edib. Uzun mübahisədən sonra Qərib Nadirov bu məbləği də ödəməyə razılaşıb. Tikinti başa çatdıqdan sonra isə Qərib Nadirovun yaxın qohumu Nisəxanım Nadirova Türkan qəsəbəsindəki Qaratəpə deyilən ərazidə əlindən alınan əmlakı ilə bağlı müxtəlif dövlət orqanlarına şikayət yazıb, dava açıb. Qərib Nadirovun nümayəndəsi Vüqar Əmirov deyir ki, Nisəxanım Nadirovanın dayandırılması üçün ona təzyiqlər göstərilib. Nəticə vermədikdə isə Qərib Nadirov "zəif bənd” kimi seçilib. Yaxın qohumu kimi Qərib Nadirovun torpaq sahəsinin hasarı sökülüb. Qərib Nadirovun şikayətlərinə isə əhəmiyyət verilməyib. Vətəndaş baş verənlərə etiraz olaraq özünün "Priora” markalı avtomobilini qəsəbənin mərkəzində yandırıb. Bundan sonra da onu dinləyən, şikayətinə baxan olmaYIB.

Vətəndaşin dediyinə görə Türkanda külli-ixtiyar sahibi Xaləddin adlı şəxdir. Oğlu bələdiyyə sədri, yeznəsi yerli icrada. Vəzifəyə qoymaqçün 600 min xərc çəkib. Yoxsa 23 yaşlı gəncdən sədr olmaz. Onlar da millətin başına oyun açıb qoyduqları pulu çıxarırlar.

Növzuya qayıdacağıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (122)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru