Rayon yolları açıq, avtobuslar qapalı: - Qiyməti iki dəfə artıranların bazarı nə vaxt bağlanacaq?

fev-22
17:04 2021

Azərbaycanda sərt karantinin yumşaldılması barədə Operativ Qərargahın qərarına əsasən, rayonlara gediş-gəliş bərpa olunsa da , sərnişindaşıma hazırda ancaq şəxsi nəqliyyat vasitələri və ya taksilərlə həyata keçirilir.

Başqa sözlə, rayonlara gediş-gəliş sərbəst olsa da, hər kəsin imkanı daxilində deyil. Çünki ya hər kəsin şəxsi nəqliyyat vasitəsi yoxdur, ya da taksilər yaranmış vəziyyətdə əvvəlkindən daha baha qiymət tələb edirlər.

Məsələn, əgər əvvəllər minik avtomotobilləri və ya aztutumlu marşrut taksiləri Şəkiyə bir sərnişini 10-12 manata aparırdısa, indi bu qiymət 15-20 manat arasında dəyişir. Təbii ki, buna əsas səbəb Bakıdan bölgələrə avtobusların hərəkətinə hələ də icazə verilməməsidir.

Belə bir vəziyyətdə paytaxt Bakıda məktəb və universitetlərdə əyani tədrisin bərpa olunmasına rəğmən, metronun bağlı olması, üstəlik həftəsonu ictima nəqliyyatın hərəkətinin dayandırılması nə qədər məntiqsiz görünürsə, rayonlara gediş-gəlişi bərpa edib avtobusların hərəkətinə icazə verməmək də eyni cür anlaşılmazdır.

Hətta pandemiyanın ən pik hədd olduğu ölkələrdə belə sərnişin sayını azaldaraq, avtobusların tutumunun yarısı qədər sərnişin daşımaqla bu problemi həll edirlər. Ölkəmizdə isə hələ metro da, həftəsonu ictimai nəqliyyat da, rayonlara avtobuslar da işləmir. Bu isə qərarın taksi bazarı üçün xüsusilə əlverişli şəraitin yaradılmasına xidmət etdiyi düşüncəsini yaradır.

Qarşıdan Novruz bayramının gəldiyini, 10 günə yaxın müddətdə qeyri-iş günü olduğunu nəzərə alsaq, qiymətlərin daha da artacağını gözləmək olar. Onsuz da pandemiyanın gəlirlərini tamamilə azaltdığı insanlar üçün bu rəqəmlər kifayət qədər bahadır.

Dövlət Avtomobil Nəqliyyat xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Cehbe.info-ya açıqlamasında bildirib ki, qurum da Operativ Qərargahın qərarını gözləyir:

“2020-ci ilin mart ayından etibarən rayonlara gedən avtobusların fəaliyyəti dayandırılıb. Hazırda fəaliyyət göstərən mikroavtobus və digər avtomobillər də bizdən dövlət nişanı alıb fəaliyyət göstərən nəqliyyat vasitələri deyil. Yəni qanuni daşıyıcılar deyil”.

N. Allahyarova eyni zamanda, bildirib ki, avtobusların fəaliyyəti bərpa olunduqdan sonra qiymətlərdə hansısa dəyişikliklərin olunması ilə bağlı məlumat yoxdur:

“Pandemiyadan sonra qiymətlərdə dəyişiklik olacaqmı, bunu bilmirik. Bu barədə biz heç yerə müraciət etməmişik”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (154)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru