Şəmkirdə özbaşınalıq... - NARAZILIQ!

fev-22
18:24 2021
Şəmkirdə özbaşınalıq... - NARAZILIQ!

Birinci Qarabağ müharibəsinin veteranları Şəmkir rayonu Ağlavaşlı kənd bələdiyyəsindən şikayətçidirlər.

KONKRET.az-a daxil olan şikayət məktubunda müharibə veteranları iddia edirlər ki, adıçəkilən kəndin bələdiyyə sədri Mehtiyev Elşən Mehti oğlu idarənin balansında olan 700 hektar torpaq sahəsini öz mənfəəti üçün istifadə edir. 10-a yaxın müharibə veteranı Elşən Mehtiyevin 1992-1999-cu illər ərzində kolxoz sədri işlədiyini, 1999-cu ildən bu günə qədər isə kənd bələdiyyəsinə rəhbərlik etdiyini bildirir. Şikayətçi Yalçın Rzayev deyir ki, bələdiyyə sədrindən icarəyə torpaq istəsələr də cavab mənfi olub. Şikayətçilər iddia edir ki, icarəyə torpaq vermək üçün bələdiyyə sədri onlardan 3-4 min manat məbləğində rüşvət istəyib. Bundan əlavə iddialara görə bələdiyyə sədri Elşən Mehtiyev və qardaşları kəndin torpaqlarını zəbt edərək, özləri üçün fermer təsərrüfatı, istixanalar, meyvə bağları və digər sahibkarlıq subyektləri yaradıblar.

İddialar arasında bələdiyyə sədrinin xaricdən alınan 1000 baş iribuynuzlu, 3 min baş isə xırdabuznuz cins heyvanın satılaraq pulunun mənimsənilməsi faktı da yer alıb. Şikayətçilər bir çox aidiyyatı qurumlara, o cümlədən icra başçısı Alimpaşa Məmmədova müraciət etsələr də, heç bir nəticə hasil olmayıb. İndi onlar Baş Prokuror Kamran Əliyevə müraciət edərək, bələdiyyə sədrinin korrupsiya əməllərinin araşdırılmasını xahiş edirlər və problemlərinin tez bir zamanda həll olunacağına ümidlidirlər.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Yazıda adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Birinci Qarabağ qazisi ve veteranları:

Hüseynov ülvi

Quliyev məftun

Abılov Hamlet (0506373059)

Qasımov Tahir

Rzayev Yalçın (0516081934)

Əliyev sahil

Həsənov Naib (0505091530)

İsgəndərov Əfqan (0503837961)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (122)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru