İcra başçılarına Qarabağa SƏFƏR QADAĞASI QOYULUB? - İDDİA

fev-23
09:45 2021
Azərbaycanın erməni işğalından azad edilən ərazilərinə mülki əhali ilə yanaşı, həm də həmin rayonların icra başçılarına və deputatlarına gediş qadağası qoyulub.

Bu barədə Gununsesi.info-ya Milli Məclisin adının çəkilməsini istəməyən deputatları bildirib.

Millət vəkillərinin sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunmasına baxmayaraq, hələ də o yerlərə ayaq basa bilməyiblər. Onların iddiasına görə, buna qadağanı isə Daxili İşlər Nazirliyi qoyub.

Bir neçə deputat həmin rayonlara getdiyi üçün DİN rəhbərliyi yerli polis şöbələrinin rəislərini cəzalandırıb.

“Artıq birmanalı olaraq, nə icra başçıları, nə də deputatlar öz təmsil etdiyi rayonlara gedə bilmir” -deyə parlamentarilər bildirib.

Qeyd edək ki, Gununsesi.info olaraq, bəzi deputat və icra başçılarından nə üçün təmsil etdikləri rayonlara getmədikləri ilə bağlı araşdırma aparmışdıq.

Şuşanın icra başçısı Bayram Səfərov və rayonu təmsil edən deputat Tural Gəncəliyev saytımıza açıqlamasında bunu həmin ərazilərin minalı olması ilə əlaqələndirmişdi. Ancaq ötən müddət ərzində digər hökumət strukturlarının təmsilçilərinin səfərləri deyilənlərin real olmadığını ortaya çıxardı.

Məsələ ilə bağlı DİN-nin də mövqeyini işıqlandırmağa hazırıq. //Gununsesi.info//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

ARXİV

Mart 2021 (122)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)
Oktyabr 2020 (548)

Рейтинг@Mail.ru