Biz, 44 günlük Vətən müharibəsində zəfər çalmış böyük Azərbaycan xalqıyıq!

25 fevral Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunduğu mərasimində iştirak edib. Õlkə başçısı bütün dünyaya Azərbaycan Respublikasının necə qüdrətli bir dövlət olduğunu bütün dünyaya göstərdi. Prezidentin dünya mediasına verdiyi müsahibələrdə bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır!
Bu gün mən, bir jurnalist olaraq yaşadığım Masallı rayonunda da şəhid ailələrinə, müharibə veteranlarına, Qarabağ əlillərinə, Vətən müharibəsində iştirak edən qazilərə göstərilən qayğını görürəm və onlarla tez-tez ünsiyyətdə oluram.Onlar da õlkə rəhbərimizin apardığı daxili və xarici siyasəti hər zaman bəyənib və prezidentin onlara qarşı göstərdiyi diqqət və qayğıya görə cənab İlhamƏliyevə dərin minnətdarlıqlarını ifadə edirlər. Bu gün biz döyüş meydanında zəfər çalmış böyük bir xalqıq. Şükürlər olsun ki, torpağlarımız işğaldan azad edildi. Cənab prezidentimiz İlham Əliyev tez-tez işğaldan azad olunmuş rayonlarımıza rəsmi səfərlər edir, orada xidmət edən əsgər və zabitlərimizlə görüşür, onların qayğı və problemlərini yerindəcə həll edir. Biz, Azərbaycan rəhbərinin ətrafında sıx birləşmişik. Günü-gündən respublikamız, rayonlarımız gözəlləşir, abadlaşır və biz xalq olaraq, millət olaraq buna çox sevinirik.
masallininsesi.az xəbər portalının təsisçisi və baş redaktoru Masallınınsəsi azad media qrupunun rəhbəri Mərhəmət Lələyev.
⚏OXŞAR XƏBƏRLƏR