“Optimal Elektronika” ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR

mar-02
21:16 2021

“Optimal Elektronika” ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR

Tənqid nəticə çıxarmaq üçündür, sildirmək üçün deyil...

Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər həm xeyli iş yeri, həm də böyük vergi ödəyicisi deməkdir. Təəssüf ki, milli şirkətlərimizin bəziləri, əksinə başqa yola əl atırlar.

Əlbəttə, bizim hansısa şirkətin işgüzar nüfuzuna kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada müəyyən faktlar da var.

1997-ci ildən fəaliyyət göstərən və Azərbaycanda elektronika, məişət texnikası və mebelin pərakəndə satışı bazarının əsas oyunçularından biri olan “Optimal Elektronika” ilə bağlı araşdırma zamanı diqqətimizi belə bir fakt cəlb etdi. Deməli, Maliyyə Bazarlarına Nəzarət Palatası “Optimal

Elektronika” MMC barəsində inzibati protokol tərtib edib.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta avans yolu ilə ödənilən valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilən valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

Deməli, şirkət ölkədən çıxan valyutaya görə cəzalandırılıb. Axı, ölkədən valyuta çıxması ölkəmizdə ciddi məsələdir və bu barədə ən yüksək səviyyədə fikir bildirilib.

Digər tərəfdən mediada şirkətin verdiyi kreditlər, satılan məhsulların keyfiyyətsiz olması ilə bağlı mediada kifayət qədər yazılıb.Ancaq təəssüf ki, yazılan tənqidi yazılar 10-15 dəqiqə sonra saytlardan silinir.

Bu çıxış yolu deyil, cənablar. Tənqid nəticə çıxarmaq üçündür, sildirmək üçün yox.

Gundelik-baku.com

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru