Topaz-ın mərc monopoliyasına SON: - “Süni məğlubiyyət və ya qalibiyyət yaradılır...”

mar-03
19:19 2021
Topaz-ın mərc monopoliyasına SON: - “Süni məğlubiyyət və ya qalibiyyət yaradılır...”


“Mərc oyunlarından əldə olunan gəlir vergisi büdcədə müəyyən artıma səbəb ola bilər”.

Bunu Azərbaycanda yeni mərc oyunları operatorunun fəaliyyətə başlamasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, ölkəmizdə mərc oyunlarının təşkilində optimal metoddan istifadə edilməsi daha məqbuldur:

“Mərc oyunları iqtisadiyyatın bir sahəsidir və dünya ölkələrində geniş yayılıb. Sadəcə, bu işdə idarəetmənin düzgün təşkili çox mühümdür. Məlumdur ki, dünya qlobal iqtisadi simulyasiyalar üzərində qurulur. Mərc oyunları da bu qəbildəndir.

Yəni süni məğlubiyyət və ya qalibiyyət yaradılır. Azərbaycanda mərc oyunlarının idarəetməsi Gürcüstan təcrübəsinə uğun təşkil oluna bilər. Gürcüstanda mərc oyunları və kazinoların fəaliyyəti çoxdan leqallaşdırılıb.

“Azərlotereya” adlı bukmeker şirkətinin idarəetməsi Türkiyə şirkətinə veriləcək. Ümumilikdə mərc oyunlarından əldə olunan gəlirin vergiyə cəlb olunması yaxşı olar. Çünki mərc oyunlarını qeyri-leqal şəkildə həyata keçirənlər də var. Bu, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunan haldır. Mərc oyunlarından əldə olunan gəlir vergisi büdcədə müəyyən artıma səbəb ola bilər”.

Qeyd edək ki, “Azərlotereya” adlanan yeni şirkətin Topaz-a rəqib olacağı bildirilir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru