DİN peyvənd olunmayanların cərimələnməsi barədə məlumatlara münasibət bildirib

apr-06
13:36 2021
Daxili İşlər Nazirliyi (DİN) vaksinasiya olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan məlumatlar əsasızdır: “Vaksinasiya vətəndaşlara könüllü şəkildə vurulur. İnzibati Xətalar Məcəlləsində vaksinasiya olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda vaksinasiya olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru