İcra Hakimiyyətindən müharibə veteranına qarşı haqsızlıq - VİDEO

apr-06
17:01 2021
İcra Hakimiyyətindən müharibə veteranına qarşı haqsızlıq - VİDEO


Xaləddin İsgəndərovun Binəqədinin icra başçısı postundan gedişindən sonra rayonun ağ günə çıxacağı, çiçəklənəcəyi gözlənilirdi. Güman olunurdu ki, problemlərlə boğuşan Binəqədi nisbətən dirçələcək. Zaman əksini göstərdi, heç kəsin tanımadığı Elxan Allahverdiyevin Binəqədiyə icra başçısı təyin olunması ilə rayon necə idisə, elə də qalıb. Yəni, icra başçısı əlini ağdan qaraya vurmayıb. 2018-ci ilin 6 iyununda bu vəzifəyə təyin edilən E.Allahverdiyev bu müddətdə Binəqədi rayonunda hər hansı abadlq-quruculuq işləri ilə diqqət çəkməyib. Binəqədinin Biləcəri qəsəbəsindən tutmuş 7-ci mikrorayonuna qədər bütün ərazilərini qeyd etmək olar ki, hər hansı yenidənqurma, abadlıq işləri aparılmayıb.
Prezident ötən il yeni İH başçıları təyin edərkən onları qəbul edib bir daha bu vəzifəni daşıyanlara xəbərdarlıq elədi ki, rayonun problemlərini həll edərək etimadı doğrultmalıdırlar. E.Allahverdiyev də Binəqədiyə bu məqsədlə təyin olunmuşdu ki, etimadı doğrultsun. Amma rayonda heç bir dəyişiklik müşahidə edilmir. Əksinə, məlum olur ki, E.Allahverdiyev də digərləri kimi özünə babat biznes imkanları qurub. Daha doğrusu, oğlu Orxan Allahverdiyev üç şirkətin təsisçisidir. Məsələnin məğzi ondan ibarətdir ki, Binəqədinin İH başçısı biznesmendir, mənfəətcildir, rayon üçün heç bir iş görməyib, oğlunun imkanlarını artırır. Belə xəbərlər də var ki, X.İsgəndərovdan sonra Binəqədi İH-də köklü dəyişikliklər olmayıb. Yenə də icra başçısının I müavini İlqar Süleymanov burada “sağ əl” sayılır. Onun adı müxtəlif qaranlıq işlərdə, qalmaqallarda keçib. E.Allahverdiyevin onun “təcrübəsi”ndən istifadə etməklə, özünü çox da irəli verməməyə çalışır. İ.Süleymanov, həm də rayon ərazisindəki ən gözəgəlimli torpaq sahələrinin mənimsənilməsi və satışı işinə baxan şəxs kimi ad çıxarıb.
Təsadüfi deyil ki, onun Binəqədidəki məşhur “Zeytunluq” ərazisində xeyli miqdarda torpaq sahəsini ələ keçirməsi ilə bağlı məlumatlar var. İ.Süleymanov əsasən Binəqədi və Xocasən bələdiyyələrinin əsas himayədarı kimi tanınır. İcra başçısının müavini vəzifəsində təmsil olunduğu gündən bu günə qədər sözün həqiqi mənasında sözügedən bələdiyyələrə atalıq qayğısı göstərən İ.Süleymanov, zaman-zaman onların fəaliyyətinə də yön verir. Şübhəsiz, İ.Süleymanovun “torpaq işi”nə baxan bələdiyyələrə bu qədər yaxınlığı onun torpağa olan “sevgisindən” irəli gəlir. E.Allahverdiyevin başçı təyin olunduqdan sonra kadr islahatları aparsa da, İ.Süleymanovla işləməyə davam etməsi məhz işbirliyinin, maraqların üst-üstə düşməsi ilə izah edilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Aktualxeber.az-ın redaksiyasına müraciət edən Binəqədi rayon 7-ci mikrorayon Fərman Məlikov küçəsi ev 1 mənzil 14-də yaşayan Məmmədov Rzağa İsmayıl oğlunun da şikayəti İlqar Süleymanovla İH-nin Rayon təsərrüfatı Şöbəsinin müdiri Azər Kərimovdandı. O, şikayətində yazır: “Mən 37 il daxili işlər orqanlarında xidmət etmişəm. 2015-ci ildən təqaüddəyəm.Təqaüdə çıxandan YAP-ın üzvüyəm. Qarabağ müharibəsi veteranıyam. AVMVİB-də polis veteteranları şöbəsinin sədriyəm, 2003-cü il 16 oktyabr tarixində dövlət çevrilişində iştirak edənlərə qarşı keçirilən tədbirdə xəsarət almışam. 2011-ci ildə Təhsil Nazirliyinin qarşısında qanunsuz keçirilən mitinqin qarşısının alınmasında fəal iştirak etmişəm. Daim Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyənlərdən biri olmuşam. Binəqədi rayon Bələdiyyəsinin 06.12.2006-cı il tarixli 340 saylı qərari ilə mənə 7 mikrorayon Xarici Dairəvi küçəsi 1 e ünvanında binanın arxasında 30 kv.m torpaq sahəsi qaraj tikilməsi üçün ayrılmışdır. Həmin torpaq sahəsi 2007-ci ildə beton örtüyü ilə düzəldilmişdir və orada mən maşınımı saxlayırdım. 2019-cı ilin 29 aprelində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini İlqar və şöbə rəisi Azər adlı şəxslərin göstərişinə əsasən, mən evdə olmadığım müddətdə sizə təqdim etdiyim videoda görüntüsü görünən şəxslər tərəfindən beton örtüyü sökülüb yararsız hala salınmışdır. Mən soruşanda isə mənə dedilər ki, bu Azər və İlqar müəllimin göstərişidir, onlardan öyrən. Mən İcra Hakimiyyətinə İlqar müəllimin yanina gedəndə orada o mənə bildirdi ki, göstərişi mən yox, A. Kərimov verib. Mən Azər müəllimin qəbuluna getdim soruşanda ki, niyə sökdürmüsuz, o dediki indi göstəriş verib saxlatdıraram söküntünü. Zəng elədi həmin videoda görünən şəxsə… Lakin həmin şəxs bildirdi ki, artıq gecdir və tikili sökülmüşdür. Sonra mənə soz verdi ki, sən sakit ol, heç hara şikayət etmə, zaman keçsin sənə icazə verəcəm. Həmin gündən sonra yuxarıda adları çəkilən şəxslərin dəfələrlə qəbuluna getmişəm məni qəbul etməyiblər. Qəbul etdikləri gün mən cənab Prezidentin çıxışını onlara eşitdirmək isdədikdə, onlar buna qulaq asmadılar və dedilər ki, nə olsun ki, “deyib deyib də”. Belə məmurlar xalqı dövlətə və Prezidentimizə qarşı qaldırırlar. Onların törətdiyi çoxsaylı qanunsuz əməllər barəsində məndə olan məlumatları əlaqədar qurumlara təqdim etməyə hazıram”.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxslərin də mövqelərini dərc etməyə hazırıq. //aktualxeber.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

ARXİV

Aprel 2021 (415)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)
Noyabr 2020 (586)

Рейтинг@Mail.ru