Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO

apr-16
14:10 2021

Lerik rayon sakini, eyni zamanda sahibkar qadın İsmayılova Zərrintac İsmayıl qızı Lerik rayon İcra Hakimiyyəti qarşısında "Zirvəlikdə özünü padşah kimi aparma!" şüarı altında təkbaşına etiraz aksiyası keçirib.
Aksiya zamanı Zərrintac xanım jurnalistlərin suallarını cavablandırarkən, Lerik rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun 12 ildir ki, onun sahibkarlıq fəaliyyətinə maneələr yaratdığını, onun inşa etdirməkdə olduğu yeni tikili ictimai iaşə obyektini bulduzer texnika vasitəsilə uçurduğunu və xanımı ciddi təhdid etdiyini bildirib.
Zərrintac xanım rayonda yeganə sahibkar qadın olduğunu və İcra başçısı Rövşən Bağırovun onun mülkiyyətində "gözü olduğu"nu iddia edir.
İcra Hakimiyyəti başçısının təhdidlərindən "cana doyan" sahibkar xanım bu problemlərin davam edəcəyi təqdirdə tabeliyində olan işçi heyəti ilə Bakı şəhərində Prezident aparatı qarşısında etiraz aksiyası keçirəcəyini də vurğulayıb və Prezident İlham Əliyevdən Rövşən Bağırovun özbaşınalıqlarına son qoymasını xahiş edib.

Məlumatda adıçəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (305)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru