Amerika demokratiyasının sonu

apr-26
17:48 2021

Ötən əsrin 80-ci illərindən daha geniş vüsət alıb tüğyan edən dırnaqarası “Amerika demokratiyası” yaxın və orta şərqdə tökdüyü qanlarla kifayətlənmədi.

Pakistan, Hindistan, Əfqanıstan kimi qaynar münaqişə və müharibə zonalarının sırasına İraq, Suriya, Livan, Misir faciələrini yazdı. Birinci və İkinci Dünya müharibəsi zamanı Kamboçada, Vyetnamda, Hiroşima və Naqasakidə tökülən günahsız qanlar, nüvə, terror, Afrikada cərəyan edən qanlı soyqırım siyasətinə nəhayət ki, Türkiyə Cümhuriyyətində son akkordunu vurdu. 1915-ci ildə heç bir tarixi mənbəyə, arxiv materialına əsaslanmayan “erməni soyqırımı” iddiası ilə çıxış edən, erməni lobbisinə dəstək verən, “erməni soyqırımı” ifadəsini işlətməklə tarixi ədalətsizliyə, mənəvi terrora imza atdı. Amerika Prezidenti bir daha sübut etdi ki, özünü demokratiyanın mərkəzi hesab edən bir ölkə erməni lobbisinin əlində alətdir. 116 il bundan öncə Osmanlıda baş verən hadisələrdə müsəlman soyqırımı həyata keçirən, on minlərlə türkü sadəcə türk və müsəlman olduğuna görə qılıncdan keçirən ermənilər bu gün olduğu kimi, elə o zamanlar da xristian missionerlərin, ortodoksal kilsələrin dəstəyi ilə soyqırımlar həyata keçirmiş, Sarıqamış hadisələri ilə tarixi cinayətə əl atmış, on minlərlə türkü vəhşicəsinə qətlə yetirmişdir. 1915, 1918-ci illərdə davam edən bu siyasət nəticəsində Anadoluda, Cənubi Azərbaycanda, İrəvanda, Göyçədə, Zəngəzurda, Borçalıda, Lənkəranda, Bakıda, Qarabağda, Quba və Qusarda, Göyçay qəzasında qan su yerinə axıdılmışdır ki, bunun da ən dəhşətli nümunəsi tarixə kədər dastanı kimi daxil olan Quba soyqırımıdır.

Demokratiyadan dəm vuran Amerika da, Co Bayden administrasiyası da Xocalıda, Kəlbəcərin Başlıbel və Ağdaban kəndlərindəki soyqırımlardan, erməni vəhşiliyindən xəbərdardır. Qarabağda tökülən qanlar, soyqırıma məruz qalan insanlarla yanaşı, xarabalığa çevrilən kəndlər, şəhərlər, məhv edilən tarixi abidələr əsl həqiqətin kimin tərəfində olduğunu sübüt edir. Bütün bunlar tarixdir. Ermənilərin yazdıqları saxta tarixdən fərqli olaraq həqiqətləri, faktların dili ilə danışan, reallıqları özündə əks etdirən tarix. Zaman hakim, tarix isə yaddaşdır deyərlər. ”Erməni soyqırımı”, 1915-ci il hadisələri ilə bağlı 106 ildir demokratiyadan danışan Amerikada, Avropada müzakirələr aparılıb, Türkiyənin haqlı davası nəticəsində Amerika “erməni soyqırımı” ifadəsini dilə gətirməkdən çəkinib, heç bir Amerika rəsmisi bu ifadəni işlətməyib. Qarabağda qazanılan tarixi Zəfər, Cənubi Qafqazda dəyişən siyasi düzən,Türkiyə Cümhuriyyətinin Şərqdə, Regionda Amerika, Avropa və Rusiya hegemonluğuna son qoymaq cəhdləri yeni səlib siyasətinə, yürüşünə təkan verdi. Bayden administrasiyası Amerika demokratiyasının dizini bir dəfəlik bükdü. Digər Amerika Prezidentlərindən fərqli olaraq Bayden seçki öncəsi erməni lobbisinə verdiyi sözü tutdu. ”Erməni soyqırımı” ifadəsini dilə gətirdi. Amerikanın dövlət siyasətinin deyil, öz marağının yanında durdu. Prezident seçkisindən sonra ilk səfəri zamanı Co Bayden təyyarənin trapında büdrəyib yıxıldı. O zaman yıxılan Bayden, Aprelin 24-də ABŞ Prezidenti Baydenin işlətdiyi ifadə nəticəsində isə “Amerika demokratiyası” yıxıldı. Əslində yıxılmadı, içüzünü açdı. Bu bir tarixi dərsdir. Məkirli siyasətin, antihumanist, qeyri-demokratik prinsiplərin dərsi. Bayden özü ilə birlikdə “Amerika demokratiyasını” uçuruma yuvarladı. Yüz illərdir demokratiyadan, insan haqlarından danışanların arxalandığı dəyərləri ortaya qoydu.Türkiyə Cümhuriyyətinə, Türk xalqına, Osmanlıya bu münasibət taleyini “Amerika demokratiyasına”, “Sorosun torbasına” bağlayanlara bir dərsdir! ABŞ Prezidenti verdiyi bəyanatla tarixi öz maraqlarına uyğun “təsdiqləmək” iddiasına düşmüş, başqa sözlə, tarixi hadisələrə tərif vermək səlahiyyətini mənimsəmişdir. Bu dövlətin rəhbərinə belə bir səlahiyyəti kimin verdiyi hələ heç kimə məlum deyil. İnsanların kütləvi şəkildə öldürülməsi hadisəsini soyqırımı kimi yalnız beynəlxalq məhkəmə tövsif edə bilər. Belə olan təqdirdə bir dövlətin liderinin beynəlxalq məhkəmənin səlahiyyətini qəsb etmək cəhdi özünü açıq-aşkar büruzə verir. Baydenin bəyanatı istər Türkiyədə, istərsə də Azərbaycanda sərt reaksiya ilə qarşılanmışdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdir ki, sözlər tarixi dəyişdirə, yaxud yenidən yaza bilməz:

“Tariximiz haqqında kimdənsə dərs alan deyilik. Siyasi fürsətçilik sülhə və ədalətə ən böyük xəyanətdir. Tək istinadgahı populizm olan bu bəyanatı tamamilə rədd edirik”. Türkiyə Prezidenti administrasiyasının rəsmi nümayəndəsi İbrahim Kalın isə qeyd etmişdir ki, “yeganə gündəmi ölkəmizə qarşı düşmənçilik olan dairələrin böhtanlarını təkrarlayan ABŞ Prezidentinin bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”. “Reallıq budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təşəbbüsünü irəli sürüb”, lakin Ermənistan hakimiyyəti bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olmalı olduqları ilə bağlı gülünc bir bəyanatla çıxış edir. Elə bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğunu sübut edir. Fakt qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi saxtalaşdırırlar. İki qardaş ölkə Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da, ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib ədalətin bərpasına nail olublar. Şərqin, Türk dünyasının, Azərbaycanın böyük mütəfəkkiri Mirzə Kazım bəy deyirdi: ”Şərqi xilas edəcək, tərəqqi etdirəcək insan şərqin özündən çıxmalıdır”. Mirzə Kazım bəy Şərq,
Asiya deyəndə həm də Azərbaycan –TURAN deyirdi.

Elxan Hüseynov
Sumqayıt Dövlət Universitetinin rektoru

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (304)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru