Tender kralı” Ramazan Mirzəyev pullarını belə xırıd edir... - İDDİA

may-04
11:10 2021


Azərbaycanda adı "tender kralı" kimi tanınan və yüzlərlə MMC ilə dövlət satınalmalarında müxtəlif formalarda maxinasiyalar edərək milyonçuya çevrildiyi iddia olunan Ramazan Mirzəyev Bakı şəhərində oğlunun adına anbar tikdirir.

Xalqxeber.az-ın əldə etdiyi məlumata görə Nicat Mirəzyevin adına sənədləşdirilən və Bakı şəhəri, Binəqədi rayonu 53 və 306A ünvanında inşa edilən saxlanc anbarının ərazisi 850 kvadrat metrdi. Bildirək ki, 2 həftə öncə ölkə mətbuatında hacı Ramazanın oğlu Nicat Mirzəyevin adına Binəqədi rayonu ərazisində mebel fabriki inşa etməsi ilə bağlı məlumat yayılmışdı. İnşa edilən fabrikin ərazisinin dəyərinin iki milyon manata yaxın olduğu qeyd edilirdi.
Bildirək ki, hacı Ramazan Mirzəyevin adı uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müxtəlif maxinasiyalarda hallanır. Belə ki, “tender”kralı Ramazan Mirzəyevə məxsus mmc-lər illərdi BŞİH-nin keçirtdiyi tenderlərin qalibi elan olunur. Məhz bu tenderlər sayəsində Ramazan Mirzəyevin milyonçu iş adamına çevrildiyi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ARXİV

May 2021 (305)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)
Dekabr 2020 (601)

Рейтинг@Mail.ru