Vətəndaşın qanuni torpağı rüşvət müqabilində erməni əsilli birinə satılıb... - QAZAXDA.. (Video-foto)

may-11
23:20 2021
Vətəndaşın qanuni torpağı rüşvət müqabilində erməni əsilli birinə satılıb... - QAZAXDA.. (Video-foto)

Qazax rayon II Şıxlı kənd sakini, 1941-ci ildə anadan olmuş, 2-ci qrup əlil Nəsibov Vaqif Aslan oğlu ATİA.AZ saytına video müraciət edərək, Qazax rayon Xalq Deputatlar Sovetinin 03 iyun 1994-cü il tarixli 47 №-li qərarı ilə ona verilmiş daimi mülkiyyət və sahiblik, həmişəlik istifadə hüququna dair dövlət aktına əsasən notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən 2.5 hektar torpaq sahəsinin və həmin sahədə yerləşən, Nəsibov Vaqifin direktor olduğu "Aslan" kiçik müəssisəsinin daimi və həmişəlik istifadəyə verilmiş olduğu halda Dövlət Aktının 1997-ci ildə pozulmasından şikayət edir. Vətəndaşın verdiyi məlumata və təqdim etdiyi sənədlərə əsasən həmin bu cinayəti törədən 1997-ci ildə II Şıxlı kənd icra rəhbəri işləyən Məmmədov Arif Məmməd Oğlu, II Şıxlı kəndinin sovxoz direktoru Şəmiddin Hüseynov, Qazax Rayonunun yer quruluşçusu mütəxəssisi Yusibov Yusib adlı şəxslərdir. Əldə olunmuş məlumata görə kənd icra nümayəndəsi Məmmədov Arif II Şıxlı kəndində qeyri qanuni yaşayan, erməni əsilli Tondilli Lisinor Simon qızının oglu, Şamxalov Rafiqdən rüşvət alaraq vətəndaş Nəsibov Vaqif Aslan oğluna məxsus "Aslan" kiçik müəssisəsinin torpağını Lisinorun övladlarına və nəvələrinə satıb. Arif Məmmədov, Şəmiddin Hüseynov, Yusibov Yusib əlbir olaraq vətəndaş Nəsibov Vaqif Aslan oğluna və onun ailə üzvlərinə küllü miqdarda maddi ziyan vuraraq kəndin, rayonun, Dövlətin adına ləkə gətiriblər.
Şikayətşi vətəndaş bir çox Qurumlara müraciət etsə də şikayətinə baxan olmayıb.








Nəsibov Vaqif Aslan oğlu saytımız vasitəsi ilə şikayətinin Möhtərəm Prezidentimiz, hörmətli İlham Əliyev Cənablarına və digər aidiyyati Qurumlara çatdırılmasını xahiş edir.
ATİA.AZ olaraq ümid edirik ki, bütün Azərbaycan vətəndaşlarının qayğısına qalan Möhtərəm Prezidentimiz Nəsibov Vaqif Aslan oğlunun əlindən alınmış torpaq sahəsini qeyri-qanuni olaraq rüşvət müqabilində satanlar haqqında aidiyyati qurumlara ciddi tapşırıqlar verib onların cəzalanmasını və həmin torpaq sahəsinin "Aslan" kiçik müəssisəsinin üzvlərinə geri qaytarılmasına təmin edəcək.

Video-müraciəti Sizlərə təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (528)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru