Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT

may-12
13:23 2021

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 197 min 711 manat 50 qəpik dəyərində tender müsabiqəsinin qalibi “Madrın az Servız” MMC (VÖEN - 1405353621) olub.

“Madrın az Servız” MMC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi geyim forması və ləvazimatlar satacaq.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tender müsabiqəsini aprel ayının əvvəlində elan edib. “Madrın az Servız” MMC isə tender elanından təxminən 3 ay əvvəl – ötən ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Madrın az Servız” MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Azadlıq pr. ev 133, m. 16”da yerləşir. MMC-nin qanuni təmsilçisi Talıbov Qoşqar Mirzəxan oğludur.

Onu da bildirək ki, dekabr ayında hüquqi ünvanı “Nəsimi rayonu, Azadlıq pr. ev 133, m. 16”da yerləşən və qanuni təmsilçisi Talıbov Qoşqar Mirzəxan oğlu olan daha 2 şirkət – “Azər Plaza” MMC (VÖEN: 1405358371) və “Fermin” MMC (VÖEN: 1405353751) dövlət qeydiyyatına alınıb.

Qeyd olunan tender müsabiqəsindən başqa “Madrın az Servız” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra 198 min manatlıq tender müsabiəsinin qalibi olan şirkətin nə veb-saytı, nə də sosial şəbəkələrdə hesabı yoxdur.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (531)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru