""RR Constructions” tikinti şirkəti məni aldadıb"- Mehriban Əliyevaya müraciət

may-12
23:56 2021
""RR Constructions” tikinti şirkəti məni aldadıb"- Mehriban Əliyevaya müraciət

Vətəndaş İradə Nəbiyeva Bakı şəhəri, Nərimanov rayonunda tikinti işləri həyata keçirən "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) onu aldatdığını iddia edir.

Bu barədə şikayətçi özü Xəbərdar tv-yə danışıb.

Şikayətçi qeyd edir ki, Nərimanov rayonu, Mayakovski 8 ünvanında bina inşa edən "RR Constructions” MMC 2019-cu ilin may ayında yaşadığı mənzillərin sökülməsi ilə bağlı müqavilə bağlayarkən onu aldadıb. Şirkət ümumi sahəsi 62.8 kv/m olan mənzilinin əvəzinə 15-20 faiz əlavə olunmaqla 74 kv/m sahəsi olan mənzillə təmin olunacağına söz versə də müqavilədə onu aldadıb.
Şikayətçi əlavə olaraq qeyd edir ki, şirkət onun ticarətlə məşğul olduğu qanuni köşkü də söküb. əvəzində isə heç bir konpensasiya ödəməyib. Bundan başqa kirayədə qalmaq üçün ona çatacaq pul vəsaitini də 7 aydan artıqdır şirkətdən ala bilmir.
Hazırda iş məhkəmədədir. Məhkəmə də onun haqqaını tanımır. Bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, məsələ həllini tapmır.

Şirkətlə bağlı internet üzərindən araşdırma apardıqda bu cür hadisənin baş verməsinin ilk olmadığının şahidi olduq.
Qlobal.az saytının yaydığı belə bir məlumata rast gəldik.
Vətəndaş Bakı şəhəri, Nərimanov rayonunda tikinti işləri həyata keçirən "RR Constructions” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) onun mülkünü xəbəri olmadan sökdüyünü iddia edir.

Bu barədə şikayətçi Ramil Nağıyev Toplum.tv-yə danışıb.

Şikayətçi qeyd edir ki, Nərimanov rayonu, Mayakovski 1 ünvanında bina inşa edən "RR Constructions” MMC 2019-cu ilin avqust ayında heç bir xəbərdarlıq etmədən ona məxsus 59.3 kvadrat metrlik obyekti söküb.
Şirkət sökülən obyektin müqabilində vətəndaşa zirzəmidən yer təklif edir. R. Nağıyev isə şirkətin zirzəmidən təklif etdiyi yeri qəbul etmir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev

R. Nağıyev şikayətində qeyd edir ki, problemlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin və birinci müavini Şahmar İbadovun qəbulunda olub.
Onun problemini dinləyən başçı və müavini müvafiq göstərişlər versə də, ortada heç bir nəticə yoxdur.

"RR Constructions” MMC-nin direktoru Nadir Abdullayev isə bildirib ki, Ramil Nağıyev məsələ ilə əlaqədar bütün hüquq instansiyalarına müraciət edib, hamısı da cavabını verib. Şirkət rəhbəri şikayətçiyə zirzəmidən yer veriləcəyini bildirib.

Qlobal.az xəbər verir ki, "RR Constructions” MMC Bakıda fəaliyyət göstərən qalmaqallı şirkətlərdən biri kimi tanınır.

"RR Constructions” MMC-nin direktoru Nadir Abdullayevin qardaşı Rafail Abdullayev 2017-ci ildən 2019-cu ilədək Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qarşı tərfi dinləməyə və mövqeyini işıqlandırmağa hazırıq.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (531)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru