Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI

iyn-09
11:14 2021


Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi "Qutulus Az LTD” MMC (VÖEN-1604282611) olub.
Yeniavaz.com xəbər verir ki, "Qutulus Az LTD” MMC Sumqayıt Tibb Kollecinin sifarişilə cari təmir işləri görəcək.
Görüləcək işlərin qarşılığında Sumqayıt Tibb Kolleci "Qutulus Az LTD” MMC -yə 24 min 970 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "Qutulus Az LTD” MMC – 02.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Sumqayıt Tibb Kolleci müsabiqə elanını 19.04.2021-ci il tarixində elan olunub.
Bu isə o deməkdir ki, tender müabiqəsinin qalibi olan MMC tender elanının verilməsindən cəmi 2 ay əvvəl yaranıb.
Məlumat üçün bildirək ki, Sumqayıt Tibb Kollecinin keçirdiyi 25 min manatlıq tender müsabiqəsinin qalibi olan “Qutulus Az LTD” MMC -nin nizamnamə kapitalı 10 manat təşkil edib. Hüquqi ünvanı “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də yerləşir. Qanuni təmsilçisi isə Bəylərov Rəhman Fazil oğludur.
Fevral ayında “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də daha 3 şirkət - "ESTOM QRUP" MMC, "KARLOM AS" MMC və "FUMES PRO" MMC dövlət qeydiyyatına alınıb və bunlardan 2-nin qanunu təmsilçisi Bəylərov Rəhman Fazil oğludur.
Qeyd edək ki, "Qutulus Az LTD” MMC -nin qeydiyyatda olduğu ünvanda - “Nizami rayonu, Yavər Səfərov, ev 28, m. 28”də qısa müddət ərzində yüzülərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Eyni zamanda qeyd edık ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətlərinin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Xatırladaq ki, yeni yaranan şirkətlərin Sumqayıt Tibb Kollecinin keçirtdiyi tenderlərdə qalib olması halı daha əvvəl də qeydə alınıb. Belə ki, ötən ilin avqust ayının 6-da Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən tender müsabiqəsi elan olunub. Tender müsabiqəsinin qalibi 10 gün əvvəl - 27.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınan "ZZ-Ticaret” MMC olub. Sumqayıt Tibb Kolleci "ZZ-Ticaret” MMC-yə 9 min 840 manat ödəyib.
Bir ünvanda yüzlərlə şirkət açıb tenderlərin qalibi olurlar - ŞOK SİYAHI




Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (528)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru