Hakim Abel Məhərrəmovla bağlı zalda elan etdiyi qərarı otağında dəyişib? - İDDİA

iyn-10
13:20 2021

"Yasamal Rayon Məhkəməsinin Abel Məhərrəmova qarşı 800 minlik iddia üzrə qətnamə çıxarması barədə xəbəri dəqiq deyil. Abel Məhərrəmovun vəkili olaraq, mən sizə bildirim ki, məhkəmədə şikayəti rədd edilib,bununla bağlı vahid məhkəmə portalında məlumat əks olunub”.

Bu sözləri Bakı Dövlət Üniversitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun vəkili Altay Əfəndiyev bildirib.

Qeyd edək ki, Abel Məhərrəmova qarşı 800 minlik pul tələbi üzrə məhkəmə keçirildiyi və bu barədə qətnamə qəbul oldunmasına dair şikayətçi tərəfə istinadən xəbər dərc edib.

Həmin yazı da bildirilir ki, Abel Məhərrəmov villasında, restoranlarında və bağ evində işlətdiyi ustaların, fəhlələrin pulunu verməyib və buna görə də, məhkəməyə verilib.

Şikayətçi tərəf olan İsimxan Mirzəyev bu olaydan şoka düşdüyünü deyib: "Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev elan etdi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apellyasiya şikayəti etmək hüqunuz var.

Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib qətnaməyə başqa şey daxil edib. Abel Məhərrovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu. Biz mübarizəmizi sonadək apracağıq”.

Şikayətçi tərəf onu da bildirib ki, Yasamal məhkəməsindəki proseslərin audio və video qeydiyyatı olduğundan görüntülər açıqlanmalıdır.

gununsesi.info

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (529)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru