Köçərli və qudası Misirin “Azərsu”dakı hoqqaları

iyn-10
16:59 2021


Əvvəlki yazılarımızda “Azərsu” ASC-nin sədr əvəzi Köçərli Həsənov haqqında məlumatlar dərc etmişdik. İndi isə Köçərlinin öz qudası Misirlə əlbir olaraq “Azərsu”da yol verdikləri korrupsiya halları haqqında söz açmaq istəyirik.
Misir kimdir?
Misir Rövnəq Abdullayevin çirkli işlərini görən bir şəxsdir və vaxtilə onun silləvuranı olub. Köçərli Rövnəq Abdullayevə “xod” tapmaq məqsədi ilə qızını Misirin oğluna ərə verib. Bu qohumluq əlaqələrindən sonra Misir “Azərsu”nun təmir-tikinti işlərinə cəlb edilib. Bakı-Sumqayıtın bütün kanalizasiya sistemləırinin yuyulmasına “Azərsu”nun maşın və mexanizmlərini cəlb etməklə milyonlara sahib olublar. Sabiq sədr Qorxmaz Hüseynov bu işləri Köçərlinin pul qazanması üçün şərait yaradıb.
Sonralar bu vəsait Köçərlini qane etmədiyi üçün Misir podrat işlərinə cəlb olunub. Bütün respublikada nə qədər tunellər işlənibsə, hamısını Misirin şirkəti görməklə, milyonlara sahib olublar. Yəni 1 metr tunel qiyməti süni şəkildə şişirtməklə 5-10 min manat civarında qiymətləndirilib.
Məlumata görə, Köçərli Həsənov hər yerdə açıq-aşkar Baş nazirin Birinci müavini Yaqub Eyyubovun ona “day-dayı”liq etdiyini deyir. Hətta məclislərdə ilk badəni ayaq üstə durub “dayı”sının şərəfinə içməyi təklif edir və “mənə heç kim heç nə edə bilməz. Çünki mənim dayım ölkədə 2-ci şəxsdir”- deyə qürrələnir.
Maraqlıdır , “Azərsu” ASC-nin korrupsiya ilə məşqul olan bir sıra rəhbər işçiləri istintaqa cəlb olunsa da, Köçərli “dayı”sı tərəfindən bərk qorunur.
Köçərli Həsənovla Yaqub Eyyubovu birləşdirən ”Arçiko” şirkətinin “Azərsu”da gördüyü yarımçıq işlərə göz yumularaq, istismara qəbul edilib ki, bundan da Bakı- Sumqayıt və digər rayonlar hələ də əziyyət çəkir.
Sumqayıtda natamam qalmış kanalizasiya xəttində hələ də işlər başa çatdırılmayıb.
Köşərli Həsənovun başı Daha yüksək vəzifəyə gəlmək üçün qarışdığından işlər hələ də tamamlanmayıb.
Məlumatlara görə, Köçərlinin qohumları evlərini və bağlarını satışa çıxarıblar ki, pul toplayıb, Köçərlini “Azərsu”ya sədr qoysunlar.
Hətta , Sabirabaddan olan iş adamları da bu məqsədlə vəsait toplamaqdadırlar.
Görəsən hansı səbəbdən Köçərli ilə Misir istintaqa cəlb olunmurlar? Deyilənə görə, Yaqub Eyyubov bu işlərə imkan vermir.
Ancaq bu gün hamıya aydındır ki, “Azərsu” ASC-dəki yoxlamalar ciddi nəzarət altındadır və heç bir “day-dayı”ya imkan verilməyəcək ki, əli korrupsiyaya batmış şəxsləri məsuliyyətdən kənarda saxalasınlar.
Araşdırmalarımız davam edir.Adları çəkilən şəxlərin əmlakları haqqında novbəti yazılarımızda....

Azia.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ARXİV

İyun 2021 (528)
May 2021 (752)
Aprel 2021 (728)
Mart 2021 (719)
Fevral 2021 (678)
Yanvar 2021 (741)

Рейтинг@Mail.ru