13 deputat “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna səs vermədi – ADLAR

iyn-11
18:34 2021

Milli Məclisdə əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib.


“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əlyehinə səs verib.

Bu sırada Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas da var./hit.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru