Məmur özbaşınalığı Qazini intihar həddinə çatdırdı - Ağcabədidə NARAZILIQ

iyn-24
09:15 2021
Məmur özbaşınalığı Qazini intihar həddinə çatdırdı - Ağcabədidə NARAZILIQ

Ağcabədidə baş memarın təhqir edərək qovduğu 25 yaşlı Qarabağ qazisi intihara cəhd edib.

Kanal32.az xəbər verir ki,Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini, Aprel döyüşlərinin iştirakçısı və 2-ci Qarabağ savaşının qazisi 1996-cı il təvəllüdlü Rzayev Xəyal Bəxtiyar oğlu 23 iyun 2021-ci il tarxidə təxminən saat 17:01 radələrində özünü su kanalına ataraq intihar edib.

Yaxınlıqdakı insanların dərhal müdaxiləsi nəticəsində onun çətinliklə də olsa xilas etmək mümkün olub. Əraziyə Polis şöbəsinin əməkdaşları gəlib və qazi ağır vəziyyətdə xəstəxanaya çatdırlıb. Durumunun orta-ağır olduğu bildirilir.

Yaxınlarının “Kanal32”yə verdiyi məlumata görə onun intihar etməsinin səbəbi Ağcabədi rayon İcra hakimiyyətində baş memar Səfər Səfərov tərəfindən təhqir edilməsidir. Belə ki, qazi bir neçə dəfə Ağcabədi Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərova müraciət edərək yaşadığı kənddə ona 2 sot torpaq sahəsinin verilməsini xahiş edib. Ancaq bu məmurcuq 44 günlük müharibədə başından ağır xəsarət alaraq qazi olan Xəyal Rzayevə deyib ki, “sən gicsən, sənin ağlın var ki, sənə torpaq verim,sən torpağı neynirsən…”

Qazinin valideynləri mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə və Baş prokurora müraciət edərək, Ağcabədi rayonundakı özbaşınalıqlara son qoymasını və baş memar Səfər Səfərovun cəzalandırılmasını xahiş edir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin və barəsində iddialar səsləndirilən baş memar Səfər Səfərovun mövqeyini dərc etməyə hazırıq.

Bəli, görünüən odur ki, bəzi mənliyini itirmiş məmurlar torpaq uğurunda canını, sağlamlığını qurban vermiş qazilərə 2 sot torpağı belə çox görürlər…Cəmiyyət olaraq, xalq olaraq ölkədəki məmur özbaşınalığına, məmur şərəfsizliyinə son vermək üçün ictimai qınağımızı, vətəndaş mövqeyimiz ortaya qoymalıyıq…

-Qazi Xəyal Rzayev-

Kanal32.az

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

ARXİV

Avqust 2021 (79)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (749)
Aprel 2021 (727)
Mart 2021 (717)

Рейтинг@Mail.ru