GDU rektorunu Mikayıl Cabbarov HİMAYƏ EDİR? - İTTİHAM

iyn-28
10:00 2021

"Cənab Nazir, Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Universitetdə özbaşınalıq, qanun pozuntuları baş alıb gedir. Bütün universitet kollektivinin hüquqları pozulur, müxtəlif təhqirlərə məruz qalır". Bu barədə təhsil naziri Emin Əmrullayevə edilən müraciətdə deyilir. Bir nüsxəsi də XEBERFAKT.AZ-a daxil olan müraciətdə daha sonra bildirilir:

"Nəzərinizə çatdırmaq istəyirik ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun himayə etdiyi, dayı dediyi GDU rektorunun büdcə vəsaitlərini təhsilin keyfiyyətinin artırılması əvəzinə istədiyi kimi sağa-sola səpməsi yolverilməz haldır. Bu fakt artıq heç kim üçün sirr olmasa da, nədənsə araşdırma aparmaq istəyən heç bir aidiyyatı qurum yoxdur. Universitetdə qayda-qanun yoxdur. Kim hay-küy salırsa, dərhal ya rektorun,ya tədris işləri üzrə prorektorun və ya digər prorektorların yanına çağırıb deyirlər ki, dediyini edəcəyik, səs-küy salma.

İndi isə Gəncə Dövlət Universitetinin rəhbərliyi öz çirkli məqsədlərini həyata keçirmək üçün universitetdə struktur dəyişiklikləri aparmaq istəyir. Məlumdur ki, GDU-nun əsas bazası müəllimlik ixtisası üzrədir. Müəllimlik ixtisaslarında isə gələcək gənc nəslin savadlı yetişməsi üçün boloniya təhsil sistemində yarımqruplarda tələbələrin sayı 12-15 nəfər nəzərdə tutulmuşdur. Eyni zamanda təlimata uyğun olaraq tələbələrin sayı 500-dən artıq olan zaman onun fakültə kimi formalaşmasına icazə verilir. Buna səbəb isə bu şərtlər daxilində gənc nəslin təlim tərbiyəsinə və təhsilinə daha ciddi nəzarət etməyin mümkün olmasıdır. Çox maraqlıdır ki, bunları bilə-bilə rektor hansı əsasdan fakültələrin birləşdirilməsini istəyir? O, fakültələr ki, hər birində 700-800 tələbə var. Bu birləşmədə yaranacaq yeni fakültədə tələbələrin sayı 1400-1500 və daha artıq olacaqdır. Belə bir sual ortaya çıxır.Cənab Nazir,1500 tələbəsi olan fakültədə tələbələrin təhsil səviyyəsinə yüksək dərəcədə nəzarət etmək mümkündürmü? Aydın məsələdir ki, bu çətindir.

Bəs onda bu birləşməni aparmaqda məqsəd nədir? Belə çıxır ki, onsuz da günü-gündən təhsilin səviyyəsi sıfıra düşən, təlim-tərbiyəsi gərgin vəziyyətdə olan GDU-nun qalan hissəsinidə rektor Y.Yusibov dağıtmaq istəyir. Bir şeyi fikirləşmək lazımdır ki, birləşdiriləcək fakültələrin 1500-1600 nəfərlik tələbə kontingeti eyni vaxtda yerləşə biləcək bir tədris korpusu belə yoxdur.Auditoriya fondu çox zəifdir, maddi bazası yox səviyyəsindədir.

Qeyd etmək lazımdır ki, son illərdə GDU-ya tədrisə aid heç bir inventar, heç bir avadanlıq, heç bir əyani vəsait alınmamışdır.

Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bugünə kimi nəinki yeni yaranmış və təcrübəsiz şirkətləri tenderin qalibi edir, eyni zamanda mövcud olmayan şirkətləri də tenderin qalibi edə bilir.Təxminən bir neçə ay bundan əvvəl Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi “Viper” MMC olub. “Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.

Daha bir tender müsabiqəsinin qalibi “Ter-Fon As Ltd” MMC olub. “Ter-Fon As Ltd” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında təhsil ocağına mətbəx ləvazimatları satacaq və bunun qarşılığında 42 min 339 manat alacaq. Satın alınacaq mətbəx ləvazimatları arasında limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar olacaq. Qeyd edək ki, tender elanı 28.04.2021-ci il tarixində elan olunub. Qalib MMC isə tender elanından cəmi 2 ay əvvəl - 11.02.2021-ci il tarixidə dövlət qeydiyatına alınıb.Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 1 manat olan “Ter-Fon As Ltd” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşir. MMC-nin qanuni təmsliçisi Məmmədov Cavad Yaqub oğludur.

Qəribədir,universitetdə professor-müəllim heyətinin maaşı qaldırılmır, universitetə laboratoriyalara avadanlıq, kitabxanalara yeni dərs vəsaitləri alınmır, amma limon qabı, qazan, kəfkir, qaşıq, bıçaq, cömçə, tava kimi qab-qacaqlar, tualet kağızı,domestos, net kimi kimyəvi vasitələr almaq adı ilə büdcə vəsaitləri talan olunur.

Cənab Nazir,onu da qeyd etmək lazımdır ki,GDU-da Qərb zonası üçün, eləcə də respublikamızın digər regionları üçün müəllim kadrları hazırlanır.

Cənab Nazir,bəlkə də bu işlərdən Sizin məlumatınız yoxdur,daha doğrusu bunlar universitetin rektorunun özünün apardığı maxinasiyalardır.Bu maxinasiyaların arxasında isə nə durur, yəqin bilirsiz.

Bunları yazmaqda bir məqsədimiz var. Sakit də olsa, çətin vəziyyətdə yaşayan müəllim təbəqəsini üz-üzə qoymağa ehtiyac olmadığını bildiririk.

Cənab Nazir,çox maraqlıdır ki, görəsən hansı səbəbdən GDU təhsil nazirliyinin nəzarətindən kənarda qalıb??? Bunu deməkdə tam əsasımız var ki,hər bir xırda vəzifəli adam öz ətrafında bir dəstə yaradaraq öz qayda-qanunları ilə universiteti idarə edirlər. Prorektor Fəxrəddin Məmmədov bir qərar verir,bundan bir az sonra rektor başqa bir qərar verir. Bəs görəsən,Təhsil Nazirliyinin verdiyi əmr,qayda və qanunlar nə vaxt GDU-ya aid olacaq??? Artıq universitet əməkdaşları elə səviyyəyə çatıb ki,açıq şəkildə öz sözlərini deməyə hazırlaşırlar.

Cənab Nazir, rektor deyir ki, bu Sizin göstərişinizdir. Filologiya fakültəsi ilə Xarici dili,Tarix fakültəsi ilə Pedaqoji fakültə, Coğrafiya ixtisası ilə İqtisadiyyat fakültəsi, Əlavə təhsil və yenidənhazırlanma fakültəsi ilə Magistratura şöbəsini, Fizika ilə Riyaziyyat-informatika fakültələrini birləşdirmək istəyirlər. Bir şeyi fikirləşmək lazımdır ki,birləşdiriləcək fakültələrin 1500-1600 nəfərlik tələbə kontingeti eyni vaxtda yerləşə biləcək bir tədris korpusu belə yoxdur.

Cənab Nazir,aydın görünür ki,tələbələrinin sayı 400-dən az olan Biologiya-kimya fakültəsi Yusif Yusibovun öz ixtisası olduğu üçün oranı heç hara birləşdirməkdən söhbət belə getmir. Halbuki,bu fakültəyə tələbə qəbulu hər il kəsirdə qalır.

Universitetdə rektor Yusif Yusibovun "qara kassa"sı "İqtisadiyyat və idarəetmə" fakültəsinin dekanı Şahin Xurşudovdur. Asif Cavadov estafeti ona ötürüb. Bu adam hər yerdə deyir ki,mən mini rektoram. Rektor Yusif Yusibovda başa düşür ki, universitetdə "kölgə iqtisadiyyatı" Şahin Xurşudovsuz mümkün deyil. Şahin Xurşudov bu "məsuliyyətli" tapşırığın öhdəsindən məharətlə gəlir. Hətta Şahin Xurşudov pul məsələsində o qədər həssasdır ki, əldə olunan hər bir

manatın dəqiq hesabatını rektora vaxtlı-vaxtında çatdırır.Şahin Xurşudovun rektora qarşı bu cür sədaqətli və düzgün olması qarşılıqsız qalmır. Belə ki, GDU-nun "qara kassa"sına toplanan vəsaitlərin böyük hissəsindən Şahin Xurşudovun da özəl payı olur. Əgər belə olmasaydı Şahin Xurşudov dəyəri 4000 manatlıq qızıl saat taxmaz, yüz min manat dəyərində "Land Cruiser" sürməzdi. Bu hələ aysberqin görünən tərəfidir. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var.

Şahin Xurşudov Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şahin Xurşudov ixtisasca texnoloqdur, hansısa yollarla iqtisad elmlər namizədi diplomuna da sahiblənə bilib. GDU-da bütün rüşvət kompaniyasına rəhbərliyi Şahin Xurşudov həyata keçirir. Ən gülməli məqamlardan biri də budur ki, hər işlə məşğul olmağı bacaran Şahin Xurşudov sən demə həm də kafe işlətmək qabiliyyətinə malik imiş. Universitetlərin bütün korpuslarında və tələbə yataqxanalarında olan bütünı kafelər ona məxsusdur, hərçəndki, bu kafe işində pandemiya onu xeyli ziyana salıb.

Yusif Yusifovun qocalığı ilə əlaqədar hüşsuzluğundan istifadə edərək Şahin Xurşudov, Vasif Həsənov, Fəxrəddin Həsənov, Asif Cavadov hərəsi bir əmr förmalaşdırır, bu əmrlərin də forma və məzmunu gün ərzində bir neçə dəfə dəyişir.

Rektor nənələri erməni olan, Gəncəyə raket atılanda evinə raket düşərək yaralanan Kalina Qriqoryanın nəvələri, vaxtı ilə Məmməd Əmin Rəsulzadəni söyən deputat Naqif Həmzəyevin qayınları, Soros fondunun yetirmələri Vasif və Asif Həsənov qardaşlarının əlində oyuncağa çevrilib.

GDU-da Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi adlı bir təşkilat da var. Bu təşkilatın sədri 2010-cu ildən Pərviz Adıgözəlov təyin olunub. Pərviz Adıgözəlovun artıq 43 yaşı var, baba olmağına baxmayaraq hələ də adında "azad" sözü olan, amma özü azad olmayan Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. Bu şəxs fondun pullarını istədiyi kimi xərcləyir, hələ bu günə qədər bir nəfər maddi vəziyyəti ağır olan tələbəyə maddi yardım etməyib. Edilən yardımlar özünə yaxın olan tələbələrin adına yazılaraq Pərviz Adıgözəlov tərəfindən mənimsənilir. Bu adam rektorun xəbərdaşıyanı funksiyasını yerinə yetirdiyinə görə hələ də həmin vəzifədə saxlanılır.

Pərviz Adıgözəlov heç bir elmi dərəcəsi olmasa da Ekologiya kafedrasında 0,5 ştat müəllim vəzifəsində də çalışır.Bu kafedrada laborant Sevinc Mahmudova biologiya üzrə elmlər namizədi olsa da müəllim vəzifəsinə keçirilmir,elmi dərəcəsi olmağına baxmayaraq ona dərs verilmir.Amma kafedra müdiri,Sevda Əhmədova Sevinc Mahmudovaya yox, heç bir elmi dərəcəsi olmayan Pərviz Adıgözəlova dərs verib.

Cənab Nazir,Sizdən xahiş edirik ki, GDU kollektivinin artıq neçənci müraciətini nəzərə alıb,buradakı özbaşınalıqlara son qoyasınız".

İddia olunanlarla bağlı Xeberfakt.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru