QMİ şəhid ailələri və qazilərimizə niyə yardım etmir? - AKTUAL

avq-03
13:02 2021

2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şəhidlərin və qazilərin qanıyla qazanılan Qarabağ zəfərinə bütün dünya şahid oldu.

Vətən müharibəsi ərəfəsində bir sıra iş adamlarının, çoxsaylı vətəndaşlarımızın yardımlar etdiyini müşahidə etdik. Lakin daima insanları yardımlaşamağa səsləyən Şeyx Allahşükür Paşazadənin hər hansısa bir şəkildə müharibə fonduna yardım etdiyini görmədik. Nəzərə almalıyıq ki, söhbət Şeyxin şəxsi vəsaitindən, maaşından getmir, vətəndaşların verdiyi xüms və zəkat hesabına toplanan milyonlarla vəsaitdən gedir.

Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan ən azı 50-i daha çox göz önündədir. Qafqaz Müsəlmanları İdarəsinin bildirdiyinə görə, məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları - kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur, əgər artıq qalarsa, ehtiyacı olan ailələrə yardım göstərilir.

Lakin aldığımız məlumata görə, ölkə rəhbərliyi tərəfindən də Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilir.

Bu qədər vəsaiti əlində saxlayan Şeyx niyə minlərlə şəhid ailəsinə yardım əlini uzatmayıb və ya hansısa şəhid övladını himayəsinə götürməyib?

Digər bir maraqlı məqam ondan ibarətdir ki, nədənsə Allahşükür Paşazadə Vətən müharibəsi ərəfəsində, eləcə də ondan sonra hər hansısa Şəhidin dəfnində iştirak etməyib.

İlahiyyatçı-alim Əkrəm Həsənov deyir ki, Qafqaz Müsəlmanları İdarəsi qurum olaraq şəhid ailələrinə dəstək olmalıdır: "Ümumiyyətlə, Qafaqaz Müsəlmanları İdarəsi təşkilat olaraq rəsmi şəkildə nəinki nəzirlərin yığılmasını təmin edir, hətta dini yerlərdə ayaq yolu xidmətlərini də ödənişli həyata keçirir. Heç buna da şərait yaradılmır. Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsinə ölkə rəhbərliyi tərəfindən maliyyə ayrılır. Eyni zamanda, müəyyən yerlərdən də maliyyələri gəlir. Maliyyə cəhətdən çox imkanlıdır. Həmişə də imkanlarının bol olmağını arzu edirəm. Amma qurum olaraq həm şəhid ailələrinə dəstək olmaldırlar, həm də ölkədə çıxan dini kitabların çap edilməsinə maliyyət dəstəyi göstərməlidirlər. Çünki onlar bunlara görə məsuliyyət daşıyırlar. Dini sahənin əsas aparıcı qüvvəsi onlar sayılır. Əgər o qədər maliyyəni özləri üçün xərcləyirlərsə, bu düzgün sayılmır. İslam dinində də bu bəyənilmir. Hətta, o pullar haram pullar sayılır".



Dini ekspert əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyəti qane etmir: "Ola bilər ki, Şeyxin özü şəhidlərin yasına getməsə də, öz nümayəndəsini göndərib. Şəhidlərimiz çox oldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Yəqin ki, özü çatdıra bilmədiyinə görə, idarədən hansısa nümayəndəsini göndərib. Əgər göndəribsə, bunun özü də müsbət addımdır. Bundan əlavə, Allahşükür Paşazadənin addından hansısa yardım göstərilibsə, bu bəyənilən addımdır. Sözsüz ki, insan olaraq tək özünün çox yerə getməsi mümkünsüzdür. Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti cəmiyyət tərəfindən zəif qarşılanır. Çünki dini kitabların çap edilməsinə dəstək göstərilməlidir. Dini təbliğat geniş şəkildə aparılmalıdır. Amma hansısa məzhəb üzərindən olmamalıdır. Cəmiyyətin dini mənəviyyatının idarə edilməsi yükü onların üzərindədir. Bunu da onlar etməlidirlər. Son vaxtlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin dediyi fikirlərə görə, onun ətrafında kampaniya aparılır. Hamı da bilir ki, 44 günlük Vətən müharibəsində Azərbaycana ən çox qardaş Türkiyə dövləti dəstək olub. Ümumilikdə götürdükdə, idarə tərəfindən müəyyən təbliğat işləri aparılmalıdır. Özlərinin kifayət qədər də büdcəsi var. Həyata keçirmək imkanları genişdir. İnsanlar var ki, dini mövzularda yazır və çap edilməsinə dəstək ala bilmir. Bu cür işlərə dəstək verilməlidir. Cəmiyyət narahatdırsa, demək ki, problem var. Onlar məsuliyyət sahibi olduqlarına görə, problemlərin həlli yollarını fikirləşməlidirlər. Öz məsuliyyətlərini dürüst şəkildə yerinə yetirməlidirlər. Maksimum şəkildə imkanlardan istifadə etmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi etdiklərini cəmiyyətlə paylaşmalıdır. Ümid edirik ki, gələcəkdə bütün problemlər düzələcək. Cəmiyyət tərəfindən görülmədiyinə görə, Şeyx Allahşükür Paşazadəyə qarşı mənfi fikirlər yaranıb. Ən azından şəhid və qazi ailələrinə yardım edilməsiylə bağlı cəmiyyətə çağırış edilərək, təbliğat aparmaq mümkündür. Yalnız müəyyən dövlət tədbirlərində ölkə başçısı harasa gedirsə onun yanında getmək iş sayılmır. Dinin məsuliyyətini üzərinə götürən şəxsə bu yaraşmır. Əgər cəmiyyətə faydalı işlər görülürsə, bu, insanlarla bölüşülməlidir. Bundan əlavə, kimsə hansısa ucqar kənddə məscid tikmək istəyirsə, buna şərait yaradılmır. Qafqaz Müsəlmanları İdarəsi və rayon icra hakimiyyətləri məsələni bir-birlərinin üzərinə atırlar. Bununla bağlı çox sayda narazılıq müşahidə edilir. Maraqlıdır ki, məscidin tikilməsiylə bağlı hara müraciət etmək lazımdır? Şeyx həzrətləri hörmətini qoruyub saxlamaq istəyirsə, cəmiyyətə dəstək olmalıdır".

Məsələylə bağlı əvvəlcə "Yaşat Fondu" ilə də əlaqə saxladıq. Fonddan bildirildi ki, siyahıda Qafqaz Müsəlmanları İdarəsinin adı yoxdur. O da əlavə edildi ki, ianə edən bəzi qurumlar gizliliyinin təmin olunmasını istəyirlər.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsiylə əlaqə yaratmağa çalışdıq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova "Hürriyyət"ə məsələylə bağlı informasiyanın dəqiqləşdirəcəyini desə də, günün sonundək gözləməyimizə baxmayaraq, qurumdan heç bir məlumat verilmədi. //hurriyyet.az//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru