Qazi qardaşına qarşı saxta ittiham – Vəkil Baş Prokurora müraciət etdi

avq-03
20:30 2021

Qazi qardaşı Emil Məmmədova qarşı saxta ittihamla cinayət işi başlanıb.

Xeberfakt.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, bir həftə əvvəl Xətai rayon prokuroru qazi qardaşına qarşı cinayət işinin başlanmayacağına dair söz veribmiş. Elçin Sadıqov daha sonra qeyd edir:

“Müdafiə etdiyim şəxs Məmmədov Emil Aydın oğlunun barəsində (qazi Məmmədov Ülfət Aydın oğlunun qardaşı) Terminal Group MMC-nin saxta şikayəti əsasında Xətai Rayon Prokurorluğunda conayət işi başlanmışdı. Bütün istintaq hərəkətlərinə vaxtında gəlməyinə baxmayaraq, sırf saxta ittihamı qəbul edib, ödəniş etmədiyi üçün indi barəsində həbs qətimkan tədbrinin seçilməsi barədə təqdimat verildi.

Halbuki, 1 həftə əvvəl Xətai Rayon Prokurorunun qəbulunda olmuşduq və o qazi qardaşının, iki körpə qız atasının barəsində həbs seçilməsi üçün təqdimat verilməyəcəyini demişdi.

Bu gün sifariş gəldiyi üçün mövqe dəyişdi.

Azərbaycan Respublikasının Baş Prokrorluğundan xahiş edirəm ki, bu rəzilliyin qarşısını alsın”.

Məsələ ilə bağlı qazi anası Əzizə Məmmədova da Prezident İlham Əliyevə müraciət edib. Həmin müraciəti təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru