Zəngilan məhkəməsninin ŞÜBHƏLİ ƏDALƏTİ... - Mehdiyevin nəfəsi hər yerdədir...

avq-05
18:20 2021
Zəngilan məhkəməsninin ŞÜBHƏLİ ƏDALƏTİ... - Mehdiyevin nəfəsi hər yerdədir...
Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kərimovna İmanovanın fəaliyyəti ilə bağlı şikayətlər bitib-tükənmək bilmir.
Xəbər saytlarında məhkəmə sədrinin şikayətçiləri qəbul etməməsi, süründürməçiliyi, qanunsuz hərəkətləri, şəhid ailəsinə qarşı mənfi münasibəti barədə kifayət qədər yazılıb.
Hətta Gülsarə İmanova pandemiya dövründə məcburi köçkün ailələrinin boşanmasını da biznesə çevirib. Məsələn, Tbilisi prospektində yaşayan məcburi köçkün ailələrini “kağız üstündə boşadaraq”, qaz vurub qazan doldurub xanım məhkəmə sədri.
Ona görə də, Gülsarə İmanova barəsində ali hakimiyyət orqanlarına, Ədliyyə Nazirliyinə də şikayətlər olub. Ancaq hansısa sirrli əl məhkəmə sədrinin “hifz edib-qoruyur”.
Ümumiyyətlə, Gülsarə Kərimovna kimdir və Azərbaycan məhkəmə sisteminə bu adam necə gəlib ?
Məlumat üçün qeyd edək ki, Gülsarə İmanova Türkmənistanda anadan olub.
1984-cü ildə Türkmənistan Dövlət Universitetini bitirb,
1984 – 1986-cı illərdə Çarcov Vilayəti Təmir Tikinti trestində hüquqşünas işləyib,
1986 – 1992-ci illərdə Çarcov Vilayəti Darqanata rayon hüquq məsləhətxanasının vəkili olub,
1992 – 1994-cü illərdə Darqanata rayon Qaraçak qəsəbə notariat kontorunun notariusu kimi çalışıb. Və…
2013 – 2018-ci illərdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi olub,
2018 – ci ildən isə Zəngilan Rayon Məhkəməsinin sədridir.
Fikir verdinizsə, bu adam 1994-cü ildə, yəni müstəqil Türkmənistan dövlətinin vətəndaşı olub və sonradan Azərbaycanda məhkəmə hakimi və sədri olub.
Axı, Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Bəs, başqa bir dövlətin vətəndaşı Azərbaycanda necə məhkəmə hakimi, sədri ola bilər ?
Görəsən, Gülsarə İmanova hansı dövlətin vətəndaşıdır ?
Gülsarə İmanova Türkmənistan dövlətinin vətəndaşlığından imtina edibmi ?
Bir ölkənin vətəndaşı başqa bir ölkədə dövlət qulluğunda çalışa bilməz.
İndi görün, Gülsarə xanımın arxasında hansı yekə qüvvə varsa, xarici ölkə vətəndaşını birbaşa məhkəmə hakimi hətta sədri edib.
Mediada yayılan məlumatlara görə, Gülsarə İmanova, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin xanımı Qalina Yuryevna ilə çox yaxın rəfiqədir. Amma kiminləsə rəfiqə olmaq o demək deyil ki, qanunlara qarşı sayqısızlıq elə.
Bəli, Gülsarə İmanova qanunlara qarşı sayqısızlıq edir, hətta qanunları kobud şəkildə pozur. Bu isə Avropa Şurasının, Avropa Ailəsinin bir üzvü olan Azərbaycan üçün başucalığı gətirmir, ölkəmizin adı müxtəlif siyahılara düşür. Görəsən məhkəmə sədri bunu başa düşürmü?
Bəlkə, bilərəkdən, qəsdən edir ?
Gülsarə İmanovanın imzasını basdığı sonuncu qərardad Gündəlik Bakı qəzetinin internet saytı ilə bağlıdır.
Birincisi, Gündəlik Bakı qəzetinin internet saytı deyilən bir media orqanı yoxdur. Bunu başa düşürsənmi, Gülsarə Kərimovna ?
Sən olmayan subyektlə bağlı necə qərardad çıxarmısan?
İkincisi, mətbuatla bağlı çıxarılan qərar və qərardadların səsinin Avropa məhkəmlərindən gəldiyini, ölkəmizə qarşı çıxarılan cərimələr barədə xəbərin yoxdur, ey möhtərəm Gülsarə Kərimovna ?
Bəlkə, bunları qəsdən edirsən ki…
Üçüncüsü, sən hansı qanuna əsaslanıb polis əməkdaşı haqqında bir daha yazmamaq barədə mətbu orqana göstəriş verirsən ?
Mətbu orqana yazmağı qadağan etmək barədə sənin qərarın yəqin dünyada böyük səs-küy yaradacaq. Çünki belə qərardadın dünyada analoqu yoxdur. Sən düşdün Ginnesin kitabına, eyy məhkəmə sədri.
Sən onsuz da ölüyə qərar verməklə, kişini arvad etməklə bağlı əcaib qərardadlar çıxarmaqla, çoxdan qırmızı xətti keçmisən.
Atalar deyib ki, Ağası Gül(sarə)üm olanın, başına…o məsələ.
İndi sizin sürücünüz, köməkçiniz, məsləhətçiniz, katibiniz Ağa müəllim də qırmızı xəttin üzərində dayanıb düşünür…
Bütün bu sadaladıqlarımız və digər neqativ hallar ortada ola-ola görəsən, Ədliyyə Nazirliyinin rəhbərliyi nə düşünür ?
Bu bizim üçün də maraqlıdır. Bizi izləyin. //gundelik-baku.com//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru