Niyazi Bayramov Ramiz Mehdiyevin qalığıdır... - Görünəni budur...

sen-13
19:42 2021

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin vəzifədən rüsvayçı, biabırçı durumda getməsi, onun xələfi, yeni icra başçısı Niyazi Bayramova ibrət dərsi olmadı.

Məlumat üçün qeyd edək ki, Niyazi Bayramov uzun müddət gömrük sistemində vəzifələrdə çalışıb, Gəncə Gömrükxanasının rəisi olub, sonra Fövqəladə Hallar Nazirliyinin Qarabağ və Sumqayıt Regional Mərkəzlərinin rəisi olub, 2012-2018-ci illərdə Mingəçevirin icra başçısı kreslosunu zəbt edib və hazırda Gəncənin icra başçısıdıır.
Qarabağ veteranıdır, polkovnikdir.
Niyazi Bayramovun veteranlığı, necə polkovnik olması barədə mediada çox yazıldığı üçün bu mövzuya toxunmuruq.
Sadəcə, sual veririk ki, cənab icra başçısı, neçənci illərdə, harada və hansı döyüş bölgəsində vuruşmusunuz ?
Və deyirik ki, Qarabağ adından belə istifadə etməyin.
Əgər siz Qarabağ qədri bilən olsaydınız, 44 günlük müharibədə qazanılan Zəfər qələbəsi üçün Gəncə şəhərində səkinin üstündə Zəfər bulağı tikməzdiniz.
Bəli, Allah qoymasa, Niyazi Bayramovun göstərişi ilə səkinin üstündə Zəfər bulağı inşa ediləndə sakinlər yuxarılara bu biabırçılıq barədə şikayət ediblər. Və yuxarıdan Niyazi Bayramova necə təpiniblərsə, gecə ilə bulağın tikintisi dayandırılıb.
Ay Niyazi Bayramov, sən o boyda Gəncədə bir normal yer tapa bilmədin ki, səkinin üstündə Zəfər bulağı tikirsən?
Yoxsa, Gəncənin layiqli torpaqlarını satıb axırına çıxmısan ?
Vallah, səni qınamıram, cənab başçı.
Müdriklərdən biri deyir ki, əlində ŞƏKİ varsa, hər şey sənə MIX kimi görünəcək.
Səni qınamalı deyil, hər şey sənə gömrükxana kimi, “şapka” kimi görünür.
Hələ Mingəçevirdə işləyərkən, uşaq bağçalarına məxsus əraziləri hissə-hissə satıb milyonlar qazandın. DGK-da, FHN-də qazandığın milyonlar sənə bəs etmir ?
Mingəçevirdə, indi də Gəncədə abadlıq və quruculuq işləri adı altında öz yaxınlarına dövlət vəsaitini tender vasitəsilə hədiyyə edirsən. Əslində hədiyyə etmirsən, vəsaitin 30-35 faizini “otkat” kimi geri alırsan.
Bəlkə, qudan, keçmiş idman və gənclər naziri mərhum Azad Rəhimovla şərikli biznesindən danışaq.
Məlumat üçün qeyd edək ki, Niyazi Bayramovun qızı Cahan xanım Azad Rəhimovun oğlu Arif Rəhimovun həyat yoldaşıdır. Onalr hazırda Londonda yaşayır və böyük biznesə rəhbərlik edirlər.
Niyazi Bayramov üçün ən biabırçı hal odur ki, Gəncə şəhərində müharibə vaxtı zərərçəkənlərə dövlətin ayırdığı pulları mənimsəyib.
Bəli, 2020-ci il oktyabrın 4-də ermənilərin atdığı raketlər bir çox evləri dağıdıb, ev sahibləri ağır xəsarətlər alıblar.
Dövlətimiz onlara kompensasiya kimi pullar ayırıb.
Niyazi Bayramov və onun ətrafında olanlar isə həmin pullara da tamah salıblar. Hansı ki, bu məsələ birbaşa Prezident İlham Əliyevin tapşırığıdır.
Gəncə sakini deyir ki, icra hakimiyyəti onlar üçün ayrılmış 6 min manat birdəfəlik yardım və adambaşına ayrılan 1500 manat ailəyə vermir.
Zərərçəkən qadın qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə və digər qurumlara, hətta Gəncənin millət vəkili Naqif Həmzəyevə məsələ ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalıb.
Qadının dediyinə görə, İcra başçısı Niyazi Bayramov bu 9 ay müddətində ailəyə cəmi 2000 manat pul ödəyib və onların dilindən razılıq məktubu alıb: “Bizi otağa saldılar. Gözüm görmür, yoldaşım da yeni əlifbanı bilmir. Oğluma qol çəkdirdilər. Guya ki, biz icra hakimindən razıyıq. Halbuki, icra hakimiyyəti bizim üçün ayrılan 15 min manatdan cəmi 2 min manat pul verib bizə”.
Cənab Niyazi Bayramov, 15-2 = 13 min manatı necə məzdəmisən ?
Son olaraq onu bildirək ki, şikayətlərin sayı durmadan artdığı üçün hazırda Gəncə şəhər icra hakimiyyətində yoxlamalar gedir.
İlkin məlumatlara görə, dövlət tərəfindən ayrılan milyonlar icra başçısı və əsabələri tərəfindən mənimsənilib. Və icra başçısı Niyazi Bayarmovun həbsi gözlənilir.
P.S Yazida adları çəkilən şəxslərə cavab haqqı tanıyırıq. //gundelik-baku.com//

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru