TƏBİB və Səhiyyə Nazirliyi birləşdiriləcək? - AÇIQLAMA

sen-14
10:06 2021


Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazdığı barədə paylaşım edib.

Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Hər kəsi maraqlandıran məsələ ölkənin ən önəmli qurumlarından biri olan TƏBİB daxilində nə baş verməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bu gün verilən məlumatda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edildiyi açıqlanıb. Sosial şəbəkələrdəki müzakirələrdə TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi, ölkənin səhiyyə sisteminin vahid mərkəzdən idarə ediləcəyi deyilir.

Deyildiyi kimi, ölkə səhiyyəsini vahid mərkəzdən idarə etmək üçün TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilə bilərmi?

Mövzu ilə əlaqəli Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva Cebhe.info- ya danışıb. Deputat bildirib ki, son günlər istər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində TƏBİB-in fəaliyyəti çox tənqid olunur:

“Bunların arasında həqiqət olan fikirlərlə yanaşı, qərəzli fikirlər də yer alır. Düzdür, TƏBİB-in işində nöqsan və çatışmazlıqlar var. Ancaq onu da unutmaq olmaz ki, Vətən müharibəsində və koronavirusla mübarizədə TƏBİB-in müsbət xidmətləri olub, bu danılmazdır. Vətən müharibəsində bilikli həkimlərimizin birbaş ön cəbhədəki fəaliyyəti, xəstəxanalarımızın dərman preparatları ilə təminatı da buna misal ola bilər”.

Kamilə Əliyeva bildirib ki, hər bir sahəsinin fəaliyyəti zamanı orda nöqsan və çatışmazlıqlar araşdırılır və islahatlar aparılır: “Güman edirəm ki, TƏBİB-in fəaliyyəti bundan sonra da araşdırılacaq. Səhiyyə Nazirliyi ilə TƏBİB- in birləşdirilməsi məsələsində son qərarı ölkə başçısı verəcək”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru