Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə.

sen-14
17:55 2021
 

                                        
  Surəti :        
                       
Azərbaycan Respublikasının 1-ci vitse 

Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti

Mehriban xanım Əliyevaya.

20-ci müraciət.


      
Çox hörmətli cənab Prezident və Mehriban xanım!

Bizə yol göstərin, haqq səsimizi və fəryadımızı eşidən yoxdur. Bu biabırçılıqdır. Artıq haray salıb şüvən qoparırıq. Bununla  yazıb sizə bildirirəm ki ,mənim sizə bu günə qədər yazdıqlarım  cavabsız və nəticəsiz qaldı. Bu günə qədər bütün müraciətlərimə  nə baxan var, nə tədbir görən.  Belə çıxır ki, dəyirman bildiyini edir, çarx-çarx baş ağrıdır. Mən dəqiq başa düşmüşəm ki, bütün bunlar prezident aparatının məsul işçilərinin öz üzərlərinə düşən işlərinin öhdəsindən gələ bilməməsi və onların özbaşınalıqlarından irəli  gələn  səbəblərdi. Çünki onlar mənim bu cür sanballı  müraciətlərimi  nəzarətə götürmədən birbaşa Təhsil Nazirliyinə göndərirlər. Təhsil Nazirliyi isə hazırda  korrupsiya və rüşvətxorluq içində boğulur. Təhsil  Naziri Emin Əmrullayev  faktiki olaraq yerində olmayan nazirdir. Odur ki, 07.09.2021- ci ildə keçirdiyi Brifinqdə də bir daha sübut  etdi ki , ondan  Təhsil Naziri  olmaz. Suallar qarşısında  bir daha öz acizliyini göstərdi.  O, bütün xalqı  özünə güldürdü. Vətəndaşların  normal, adi suallarına belə cavab verə bilmədi. Sən demə bu adamın nitq qabiliyyəti də yox imiş. Hələ təhsili bilmədiyi  bir yana qalsın , gərək bir müəllim yanına  hazırlığa gedib nitq mədəniyyətini öyrənsin. Ona görə də özü kimi Təhsil Idarə müdirləri var. Buna misal olaraq  Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev  bəs edir. O, Emin Əmrullayevə güvənib Gəncə şəhərində  at oynadır  , hökmranlıq edir, təhsili bərbad hala salıb. Artıq  Gəncə şəhər təhsilində rüşvətxorluq və  özbaşınalıq  son həddə  çatıb. Hətta bir neçə məktəbin işləri ilə prokurorluq məşğul olur. Kadr siyasəti  sıfır  vəziyyətindədir.

Cənab prezident indi siz baxın dəfələrlə demişəm  Gəncə şəhərində 3 məktəb direktoru və hər üçü  əməkdar müəllim olduğu halda və üçünündə  65 yaşı tamam olduğu təqdirdə necə olur ki ,30 nömrəli məktəbin direktoru  mən, 29 nömrəli məktəbin direktoru Valeh Hüseynov   Nazirliyin öz əmrinin ziddinə olaraq,  öz  qaydalarına əməl etmədən məhz   Anar Qədiməliyevin  sifarişi ilə qeyri qanuni işdən çıxarılırıq  amma  5 nömrəli məktəbin direktoru Bəhram Imranov işdə saxlanılır və bu gündə onunla yenidən müqavilə bağlanılır.  İndi sual olunur:  Bəhram Imranov  mən və Valeh müəllimdən hansı  qabiliyyətinə , hansı işgüzarlığına, ictimaiyyət arasında hansı hörmət və nüfuzuna , rəhbərlik etdiyi  məktəbin hansı  yüksək göstəricilərinə və nəhayət hansı şəxsi keyfiyyətlərinə  və hansı uğurlarına görə  qalib işləyir. Bir sözlə bu adamlara təmiz və şərəfli  müəllimlər  lazım deyil. Təhsil nazirliyinin bu hərəkəti şəxsən bizə söyüş və təhqirdir.  Sanki bizə acıq verirlər. Bu adamın işdə saxlanılmasında  Nazir Emin Əmrullayevin məqsəd və maraqları nədir ? Mən hələ bir ay bundan qabaq yazmışdım ki ,bu adam işlədiyi  kollektivdə də deyib ki , mən işimi düzüb qoşmuşam nə qədər ki, Anar Qədiməliyev burda müdiridir  70 yaşa qədər  də qalıb işləyəcəm. Gəncə şəhərində də danışırlar ki , bu adam  işdə qalmaq üçün  rüşvəti  Anar Qədiməliyevin  qayınatasına  verib və güman edilir ki ,yaxud Bəhram Imranovun doğma əmisioğlu  Azərbaycan hərbi Prokurorunun müavini general Şəfayət Imranov Emin Əmrullayevə tapşırıb. Bəli, deməli ki , Bəhram Imranovun işdə qalmağının  səbəbi bu iki məsələdən biridir.

Cənab prezident  mən və Valeh müəllim dövlətin və  dövlətçiliyin  qorunub saxlanılmasında  qan töküb, can vermişik. Nədir biz xalq düşməniyik?  Sadəcə olaraq onu bildirmək istəyirəm ki,  Gəncə şəhər Təhsil idarəsinin  müdiri Anar Qədiməliyev  vəzifəsindən sui istifadə edərək,  və vəzifə səlahiyyətlərini aşaraq şəhərdə  qanunla nəzərdə tutulmuş  bütün məktəb direktorlarının  hüquqlarını tapdalayıb , onların səlahiyyətlərini əllərindən  alıbdır. Bütün kadr siyasəti məsələlərini öz əlində cəmləşdirib. Hətta 65 yaşı tamam olan müəllimlərdən də savadlı, vicdanlı, müəllimləri işdən çıxardır, kim pul verirsə və ya tapşırılırsa onları işdə saxlayır. Bunlar hamısı reallıqdır. Məktəb direktorlarını isə mən qınamıram. Onlar danışmağa qorxurlar. Bu barədə bir mən və Valeh müəllim danışırdıq, bizi də 65 yaşı bəhanə edib, düşünülmüş formada  işdən çıxartdırdı. Bəs onda respublikada 75-80 yaşı olan məktəb direktorları necə qalıb işləyirlər? Ayıbdır axı.

Cənab Prezident bir sözlə bu adamlar, başda Emin Əmrullayev, hətta Prezident Aparatının bir sıra məmurları ölkə rəhbəri kimi, prezident kimi sizdən qorxub çəkinmirlər, xalqı qəsdən sizdən incik salırlar. Sizin adınıza bilərəkdən xələl gətirirlər. Mən belə qənaətə gəlmişəm ki, Emin Əmrullayev və Anar Qədiməliyev bir il xaricdə təhsil aldıqları üçün bəlkə də, xarici kəşfiyyat orqanları ilə əlaqələri var, və xaricdən qidalanırlar.  Təhsili qəsdən bilə-bilə dağıdırlar. Biz isə, burada köməksiz vəziyyətdə qalmışıq. Ən başlıcası budur ki, sual olunur: Təhsil Nazirliyinin marağı nədir ki, Azərbaycan Dövlət Aqrar Universitetini bitirən mühasib, təhsil müdiri işləməlidir? Bu hal milləti barmağına dolamaq deməkdir. Amma bunlar bir şeyi bilməlidirlər ki, və dərk etməlidirlər ki, bizim prezidentimiz kimi yer üzərində demokratik prezident yoxdur. Bu adamlar birdə onu düşünsünlər ki, onların arxasında hansısa gizlin qüvvələr dayanırsa, mən və Valeh müəllimin arxasında prezident İlham Əliyev, Mehriban xanım Əliyeva və Leyla Əliyeva dayanır. Görək indi kim kimə güc gəlir. Odur ki, mən inanıram ki, haqq nazilər, amma üzülməz, gec-tez inşallah sizin rəhbərliyiniz və köməkliyiniz sayəsində biz işimizə qayıdacağıq. Qoy Emin Əmrullayev və Anar Qədiməliyev kimiləri bizi yiyəsiz bilməsinlər.  Emin Əmrullayevin azacıq vicdanı, namus və qeyrəti varsa, onu aldadan Muxtar Məmmədov, Orxan Abbasov, Eşqi Bağırov və ən başlıcası Anar Qədiməliyev haqqında və onların buraxdıqları cinayətlər barəsində ciddi tədbir görməlidir. Mən istərdim ki, Emin Əmrullayevin nazirlikdə öz, “Nazir sözü” olsun.

Cənab Prezident və Mehriban xanım sizdən də xahiş edirəm ki, bizim barəmizdə əsl həqiqətlərin aşkar olunmasına və ədalətin zəfər çalmasına göstəriş verəsiniz. Çünki, ümidimiz, güvənc yerimiz, gümanımız yalnız sizədir. Bizim nə adamımız, nə də imkanımız var. Amma biz əsl təhsil işçiləriyik.

Hörmət və ehtiramla: Həsənov İlham Musa oğlu
Əməkdar müəllim, Azərbaycan yazıçılar, jurnalistlər, aşıqlar
 birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı, şair,
1995-ci ildən YAP-ın üzvü, Veteranlar Şurasının üzvü

Əlaqə telefonu: 050-333-40-27

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

ARXİV

Sentyabr 2021 (465)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)
Aprel 2021 (727)

Рейтинг@Mail.ru