Nazirlikdə işləmək adı ilə insanlardan pul tələb edirlər: DİQQƏT (FOTO)

sen-20
20:10 2021
Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Xeberfakt.az Lent.az-a istinadən xəbər verir ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyi (Pfizer) depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Ramal Hüseynov olduğunu iddia edir.

Bildirir ki, şəxsin “Qeydiyyat-Barkodlaşma və Qablaşdırma” vakansiyası üzrə müraciəti müsbət dəyərləndirilib və bunun təsdiqi üçün 54 manat ödəniş etmək lazımdır.

Bununla bağlı Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, qurumda bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqətə uyğun deyil:

“Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.

Sözügedən mesajı təqdim edirik:

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ARXİV

Oktyabr 2021 (367)
Sentyabr 2021 (641)
Avqust 2021 (609)
İyul 2021 (642)
İyun 2021 (622)
May 2021 (748)

Рейтинг@Mail.ru